Icma.az
close
up
RU
İsmayıl Cingöz: Azərbaycanın Qələbəsi bütün Türk dünyasının Zəfəridir ŞƏRH

İsmayıl Cingöz: Azərbaycanın Qələbəsi bütün Türk dünyasının Zəfəridir ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan münasibətləri heç vaxt adi qonşuluq çərçivəsində olmayıb. Bu münasibətlər “bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Əgər beynəlxalq təcrübədə qonşuluq əlaqələri çox zaman qarşılıqlı maraqlara əsaslanırsa, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr qardaşlıq və mənəvi bağlılıq üzərində formalaşıb. Bu münasibətlərin zirvəsi isə Şuşa Bəyannaməsinin imzalanması ilə təsdiq olunub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi şərhçi İsmayıl Cingöz deyib. O bildirib ki, Qarabağ müharibəsi dövründə Türkiyə həm siyasi, həm diplomatik, həm də texnoloji baxımdan Azərbaycana dəstək olub: “Bu, qardaşlıq münasibətinin təbii nəticəsi idi. Türkiyə Azərbaycanla eyni ideallar və milli dəyərlər əsasında hərəkət edərək, üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirdi. Eyni zamanda, müharibədən sonra azad edilmiş torpaqlarda yenidənqurma və infrastruktur layihələrində Türkiyənin rolu bu əməkdaşlığın davamı kimi dəyərləndirilir”.

Müsahibimiz əlavə edib ki, bu gün Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının iki aparıcı qüvvəsi kimi çıxış edirlər: “Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında strateji sənəd deyil, eyni zamanda, Türk Dövlətləri Təşkilatı üçün inteqrasiyanın və birgə hərəkətin nümunə modelidir. Bu sənədlə hər iki ölkənin təhlükəsizliyi, müdafiə və iqtisadi əməkdaşlığı hüquqi müstəvidə rəsmiləşdirilib. Yəni qardaşlıq təkcə mənəvi deyil, hüquqi zəmində də təsdiqini tapıb”.

Ekspertin fikrincə, gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə və iqtisadi inteqrasiya proseslərinin istiqamətinin müəyyənləşdirilməsində Şuşa Bəyannaməsinin rolu həlledici olacaq.

“Yeni dünya düzənində birlikdə hərəkət etmək, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli yaratmaq məhz Azərbaycan-Türkiyə münasibətlərindən keçir. Bu münasibətlər Türk dünyasının gələcək birliyinin və gücünün əsas sütunlarından biridir”, – deyə İsmayıl Cingöz vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri