İsmayıllı Lahıc yolu bağlandı
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
Modern.az xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır. (AzərTac)
Bu mövzuda digər xəbərlər:Lahıc İsmayıllı yolu sürüşmə səbəbindən yenə bağlanıb
16 May 2026 09:47
Qaya uçqunu İsmayıllı Lahıc yolunda hərəkəti dayandırıb
16 May 2026 08:58
Uçqun baş verən Lahıc İsmayıllı yolunda SON VƏZİYYƏT
16 May 2026 11:16
İsmayıllı Lahıc yolunda baş verən qaya sürüşməsinin nəticələri aradan qaldırılıb YENİLƏNİB 2
17 May 2026 00:41
İsmayıllı yolu bu tarixdə açılacaq
30 Noyabr 2025 22:27
Baxış sayı:123
Bu xəbər 16 May 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















