İsmayıllıda şagirdlər narkotiklərin mənfi təsirləri barədə məlumatlandırılıblar
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 may, AZƏRTAC
Mayın 1-də Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin nümayəndələri, rayon Təhsil sektorunun əməkdaşı, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təmsilçisi, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə nümayəndəsi və məktəb-liseyin direktoru iştirak ediblər.
Tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətin fəaliyyəti, gənclərin asudə vaxtlarının faydalı təşkili, narkotiklərin sağlamlığa, mənəviyyata və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















