İsmayıllıda silahlı narkotacir saxlanıldı VİDEO
Icma.az bildirir, Lent az portalına istinadən.
İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan 8 kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı 2 ədəd ov tüfəngi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:İsmayıllıda qəza VİDEO
18 İyun 2025 09:13
Göyçayda silahlı narkotacir tutuldu VİDEO
22 Yanvar 2026 16:29
İsmayıllıda univermağın fəaliyyəti dayandırıldı VİDEO
07 Noyabr 2024 12:58
İsmayıllıda ayılar kənddə göründü VİDEO
01 Sentyabr 2025 12:56
İsmayıllıda YANĞIN
07 Dekabr 2024 13:05
Baxış sayı:91
Bu xəbər 14 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















