İsmayıllıda torpaq sürüşməsi evi ikiyə böldü FOTO
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
İsmayıllı rayonunun Basqal kəndi ərazisində torpaq sürüşməsi nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat verilib.
Qeyd olunub ki, yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib.
"Nəticədə Mais Ağayusif oğlu Əhmədova məxsus ikimərtəbəli tikili ikiyə bölünüb. Hazırda ərazi təhlükəli vəziyyətdədir", - deyə məlumatda bildirilir.






