İsmayıllıda toyda 4 nəfər bıçaqlandı Biri bəydir FOTO
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ötən gün İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.
Ölkə.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə saat 23 radələrində rayonunun Talıstan kəndi ərazisində keçirilən toy mərasimi zamanı baş verib.
Belə ki, Talıstan kənd sakini 2002-ci il təvəllüdlü Elşən Babayev Səid adlı həmkəndlisinin toyunda iştirak edib.
O, daha sonra sərxoş vəziyyətdə qonaqlardan biri ilə mübahisə edib və məclisin keçirildiyi mağardan kənarda münaqişə yaşanıb.
Bu zaman bəy və digər şəxslər E.Babayevi sakitləşdirmək istəyib. Lakin Elşən bıçaqla bəy də daxil olmaqla 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.
E.Babayev ilkin ifadəsində bildirib ki, məclisdə atası barəsində xoşagəlməz sözlər danışılıb. Buna görə də məsələni aydınlaşdırmaq istəyib.
Xəsarət alanlardan birinin vəziyyəti daha ağır olduğundan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 29 Sentyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















