İsmayıllıda “VAZ” iki maşınla toqquşdu, ardınca obyektə çırpıldı VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsmayıllı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-ME-375 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın öncə “Mercedes” markalı, ardınca park edilmiş “VAZ-21099” markalı avtomobillə toqquşub. Daha sonra qəzalı maşın “Gəncə təndiri” adlı obyektə çırpılıb. Qəzaya səbəb “VAZ” sürücüsünün yolayrıcını keçmə qaydasını pozması olub. Hadisə zamanı hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “VAZ”ın sürücüsü yüngül bədən xəsarətləri alıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:İsmayıllıda qəza: Yük maşını işıqforda dayanan “VAZ”a çırpıldı VİDEO
26 Sentyabr 2025 15:07
Samuxda VAZ mağazaya çırpıldı
15 Sentyabr 2025 16:38
“VAZ”la toqquşan “Chevrolet”in təkəri qopdu, ardınca dirəyə çırpıldı VİDEO
02 Dekabr 2024 12:58
Goranboyda Prius VAZ a çırpıldı
19 Aprel 2025 23:03
Göyçayda yolayrıcında qəza: İki “VAZ” bir birinə çırpıldı VİDEO
22 İyul 2025 15:42
Baxış sayı:71
Bu xəbər 08 Sentyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















