İspaniya Avropa İttifaqını mövsümi vaxt dəyişikliyindən imtina etməyə çağırıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 21 oktyabr, AZƏRTAC
İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqını yay və qış vaxtlarına keçid praktikasından birdəfəlik imtina etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, BBC teleradio kompaniyasının məlumatına görə, Pedro Sançes özünün sosial media hesabında yayımladığı videomüraciətində bu il oktyabrın 26-na planlaşdırılan qış vaxtına keçidin artıq mənasız olduğunu deyib. Onun sözlərinə görə, Avropa Komissiyası hələ 2018-ci ildə vaxt dəyişikliyinin ləğvini təklif edib, lakin bu məsələ ilə bağlı yekun qərar hələ də qəbul olunmayıb.
Baş nazir vurğulayıb ki, həm İspaniyada, həm də Avropa İttifaqının digər ölkələrində əhalinin əksəriyyəti vaxt dəyişikliyinə qarşıdır. O, həmçinin sosioloji sorğulara və elmi tədqiqatlara əsaslanaraq bildirib ki, mövsümi vaxt dəyişikliyi enerjiyə ciddi qənaət etmədiyi kimi, insanların sağlamlığına və gündəlik həyatına da mənfi təsir göstərir.
Xatırladaq ki, 2018-ci ildə Avropa Komissiyası tərəfindən aparılan sorğuda Aİ vətəndaşlarının 84 faizi saatların dəyişdirilməsinin ləğvini dəstəkləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















