İspaniya hökuməti Seutada vəziyyəti nəzarətə götürüb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Madrid İspaniyanın Seuta eksklavındakı limanı nəzarətə götürüb və orada miqrantlar üçün müvəqqəti çadır düşərgəsinin təşkilinə icazə verib.
Bu barədə İspaniyanın ictimai teleradio şirkəti RTVE məlumat yayıb.
Məlumata görə, prezident Xuan Xesus Vivasın rəhbərlik etdiyi Seuta regional hökumətinin qarşı çıxmasına baxmayaraq, nəqliyyat naziri Oskar Puente müvafiq əmr imzalayıb.
Cümə günü regional hakimiyyət orqanları düşərgənin liman ərazisində yerləşdirilməsinə qarşı çıxaraq bildiriblər ki, liman eksklavın təchizatı üçün həyati əhəmiyyət daşıyır və yaxınlıqda iri yanacaq terminalı yerləşir.
Daha əvvəl yerli administrasiya miqrantların keçmiş hərbi hospitalda və ya idman mərkəzlərində müvəqqəti yerləşdirilməsinin əleyhinə çıxış edib. Hazırda Los-Rosales rayonunda təxminən 900 nəfər üçün nəzərdə tutulan daha bir düşərgə yaradılır. Bununla əlaqədar sakinlər etiraz aksiyaları keçirirlər. /"Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 05 Sentyabr 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















