Icma.az
close
up
RU
İspaniya hökumətindən Qəzza ilə bağlı İsrailə sərt xəbərdarlıq: “Annexiyanı qəbul etmirik”

İspaniya hökumətindən Qəzza ilə bağlı İsrailə sərt xəbərdarlıq: “Annexiyanı qəbul etmirik”

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya hökuməti İsrailin Qəzza zolağını tamamilə işğal etmək planlarına qarşı kəskin mövqe sərgiləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Xose Manuel Albares yerli "Onda Cero" radiostansiyasına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, İspaniya Qəzzanın və ya İordan çayının qərb sahilinin hər hansı qeyri-qanuni anneksiyasını qətiyyətlə rədd edir.

O, Avropa İttifaqını da tənqid edərək bildirib ki, qurum bu məsələdə "çox az və çox gec hərəkət edib".

Albares Aİ ilə İsrail arasında imzalanmış assosiasiya sazişinin dayandırılması çağırışını da yenidən gündəmə gətirib:

“İsrail Qəzzada çox ciddi cinayətlər törədir və buna laqeyd qalmaq olmaz”.

Bu açıqlama, İsrail mediasında yayılan və baş nazir Binyamin Netanyahu hökumətinin Qəzza zolağının tam işğalına keçidi nəzərdən keçirdiyinə dair xəbərlər fonunda gəlib.

İsrailin nüfuzlu "Ynet" portalının məlumatına görə, siyasi rəhbərlik girovlarla bağlı danışıqların dalana dirənməsi səbəbilə, artıq diplomatik həll yolunu qeyri-mümkün sayır və bölgədə tam hərbi nəzarət planını ciddi şəkildə dəyərləndirir.

Hələlik baş nazir Netanyahu Qəzzanın tam işğalı ilə bağlı rəsmi açıqlama verməsə də, o dəfələrlə bəyan edib ki, müharibənin əsas məqsədi HƏMAS-ın hərbi-siyasi infrastrukturunu məhv etmək və bütün girovları geri qaytarmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 05 Avqust 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri