İspaniya klubu zorlamada ittiham edilən futbolçu ilə müqavilə bağladı
Icma.az, 525.az saytına istinadən bildirir.
İspaniyanın "Vilyareal" futbol klubu zorlamada ittiham edilən Tomas Parti ilə müqavilə bağlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, son klubu London "Arsenal"ı olan və hazırda azad agent statusu daşıyan Qana millisinin futbolçusu mövsümün sonuna kimi "Vilyareal"ın şərəfini qoruyacaq.
Klub zorlamada ittiham olunan və 2 gün əvvəl girov müqabilində azadlığa buraxılan Partiyə hörmətlə yanaşdığını, onun ittihamı əsassız saymasına inandığını və məhkəmə prosesini yaxından izləyəcəklərini bildirib.
Qeyd edək ki, 3 qadın 2021-2022-ci illərdə 32 yaşlı Tomas Parti tərəfindən zorlandıqlarını iddia edərək məhkəməyə müraciət edib.
L.Tağıyeva

İspaniya klubu dominikanlı müdafiəçi ilə müqavilə bağladı
17 İyul 2025 17:26
İspaniya millisinin üzvü 10 illik müqavilə bağladı
04 İyul 2025 14:03
Azərbaycanlı futbolçu Tayland klubu ilə müqavilə bağladı FOTO
02 Dekabr 2024 03:41
İspaniya klubunda yeni müqavilə
22 Noyabr 2024 19:38

