İspaniya La Liqası: “Atletiko” evdə uduzub, “Real Madrid” səfərdə qalib gəlib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 fevral, AZƏRTAC
Futbol üzrə İspaniya La Liqasında XXIII turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Alaves" öz meydanında "Xetafe"yə 2 cavabsız qolla uduzub - 0:2.
“Jirona” səfərdə “Sevilya” ilə heç-heçə edib. Görüş 1:1 hesabı ilə bitib.
“Atletik” evdə “Levante”yə 4:2 hesabı ilə qalib gəlib.
Günün əsas qarşılaşmasında isə “Atletiko” doğma meydanda “Betis”lə üz-üzə gəlib. Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.
Sonuncu oyunda “Real Madrid” “Valensiya”nın qonağı olub. Görüş Madrid təmsilçisinin 2:0 hesablı qalibiyyəti ilə bitib.
Bu mövzuda digər xəbərlər:İspaniya La Liqası: Atletiko Madrid səfərdə uduzdu
15 May 2025 23:18
İspaniya La Liqası: Real Madrid səfərdə uduzdu
01 Mart 2025 23:49
İspaniya La Liqası: “Real” və “Atletiko Madrid” heç heçə edib
09 Fevral 2025 03:36
İspaniya La Liqası: Real Madrid zirvəyə yüksəldi
25 Yanvar 2026 02:18
İspaniya La Liqası: “Real səfərdə Osasuna ya uduzub
21 Fevral 2026 23:43
Baxış sayı:140
Bu xəbər 09 Fevral 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















