İspaniya La Liqası: Azlıqda qalan Real Madrid Ardanın qolu ilə qələbə qazandı
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniya La Liqasında 4-cü turda "Real Sosyedad" "Real Madrid"i qəbul edib.
Oxu.Az xəbər verir ki, San-Sebastyandakı "Real Arena" stadionundakı qarşılaşmada qonaqlar 1:2 hesabı ilə qalib gəliblər.
12-ci dəqiqədə fransalı hücumçu Kilian Mbappe "Real"ı hesabda irəli çıxarıb. 44-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Arda Gülər madridlilərin üstünlüyünü artırıb. Meydan sahiblərinin hücumçusu Mikel Oyarsabal isə 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək fərqi azaldıb.
Qeyd edək ki, "kral klubu" müdafiəçi Din Huysenin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra 32-ci dəqiqədən on nəfərlə oynayıb.
Hazırda paytaxt təmsilçisi 4 oyundan 12 xalla çempionatın lideridir. "Real Sosyedad" isə cəmi 2 xalla 17-cı sırada qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Sentyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















