Icma.az
close
up
RU
İspaniya La Liqası: “Barselona” doğma “Kamp Nou”ya qayıdır in TƏHLİLİ

İspaniya La Liqası: “Barselona” doğma “Kamp Nou”ya qayıdır in TƏHLİLİ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyada milli komandaların oyunları ilə bağlı fasilədən sonra ölkə çempionatının matçları bərpa olunur.

İdman.Biz-in məlumatına görə, həftəsonu La Liqanın 13-cü turunun oyunları keçiriləcək. Tura 31 xalla lider kimi daxil olan “Real”(Madrid) 28 xalla ikinci pillədə qərarlaşan “Barselona” tərəfindən izlənir və əsas intriqa kataloniyalıların Xabi Alonsonun komandasına çata bilib-bilməyəcəyidir.

Turun mərkəzi qarşılaşması “Barselona” - “Atletik”(Bilbao) matçı olacaq. Görüş yenilənmiş “Kamp Nou” stadionunda keçiriləcək. Kataloniyalılar uzun fasilədən sonra yenidən öz əfsanəvi arenasına qayıdır. Bərpa işlərinin bu mərhələsində stadionun nəzərdə tutulan tutumu təxminən 45 min tamaşaçıdır. Klub doğma meydanın dönüşünü rəqiblərə əlavə təzyiq amili kimi istifadə etməyi planlaşdırır.

“Real”la “El-Klasiko”dakı acı məğlubiyyətdən sonra Hansi Flikin komandası özünə gəlib, “Elçe”ni 3:1 hesabı ilə məğlub edərək La Liqanın ən məhsuldar hücum xətti olduğunu bir daha xatırladıb - 12 turdan sonra 32 qol.

Kataloniya klubunda əsas intriqa heyətlə bağlıdır. İspan mediasının məlumatına görə, Lamin Yamal və Rafinya yenidən meydana dönməyə hazırdırlar. Markrus Raşfordun iştirakı isə yaxınlarda yaşadığı narahatlığa görə sual altındadır. Bundan başqa, “Barselona” hələ də yarımmüdafiədə ciddi itkilərlə üzləşir: Pedri, Qavi, Mark-Andre ter Ştegen və heyətin bir neçə əsas üzvü zədəlidir. Bu səbəbdən Flik heyəti daha çox rotasiya etməyə və gənclərə güvənməyə məcburdur.

Flik qarşılaşmadan öncə “Kamp Nou”ya dönüşün komanda üçün psixoloji təkan olmalı olduğunu vurğulayıb: baş məşqçi “Doğma stadionu qalaya çevirməliyik” sözləri ilə azarkeşlərin enerjisindən maksimum yararlanmağın vacibliyini qeyd edib. Məqsəd “Real”ın(Madrid) çempionluq yarışında araya məsafə qoymasına imkan verməməkdir.

“Atletik”(Bilbao) isə Kataloniyaya 17 xalla, yeddinci sırada gəlir. Erneste Valverde komandasının millilər üçün fasilədən öncə “Real Oviedo”ya qalib gəlməsi nəticələri bir qədər stabilləşdirib.

Qeyd edək ki, “Atletik” azərbaycanlı azarkeşlərə yaxşı tanışdır. Komanda yaxın vaxtlarda keçirilən Çempionlar Liqasında “Qarabağ”ı 3:1 hesabı ilə məğlub etmişdi. Buna görə də yerli azarkeşlərin bu dueldə simpatiyasının kimdən yana olacağını təxmin etmək çətin deyil.

La Liqanın 13-cü turunun bütün oyunları

21 noyabr

“Valensiya” – “Levante” 1:0

22 noyabr

“Deportivo Alaves” - “Selta”

“Barselona” – “Atletik"(Bilbao)

“Osasuna” – “Real Sosyedad”

“Vilyarreal” – “Mallorka”

23 noyabr

“Elçe” – “Real Madrid”

“Real Oviedo” – “Rayo Valyekano”

“Xetafe” – “Atletiko”

“Real Betis” – “Girona”

24 noyabr

“Espanyol” – “Sevilya”

13-cü turdan əvvəl turnir cədvəli

“Real" (Madrid) – 31

“Barselona” – 28

“Vilyarreal” – 26

“Atletiko”(Madrid) – 25

“Real Betis” – 20

“Espanyol” – 18

“Atletik" (Bilbao) – 17

“Xetafe” – 17

“Sevilya” – 16

“Deportivo Alaves” – 15

“Elçe” – 15

“Rayo Valyekano” – 15

“Selta” – 13

“Real Sosyedad” – 13

“Valensiya” – 13

“Mallyorka” – 12

“Osasuna” – 11

“Girona” – 10

“Levante” – 9

“Real Oviedo” – 8

Teymur Tuşiyev

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri