İspaniya La Liqası: “Barselona” səfərdə “Vilyarreal”ı inamla məğlub etdi VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İspaniya La Liqasının 17-ci turu çərçivəsində "Vilyarreal" doğma meydanda “Barselona”nı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, hesab 12-ci dəqiqədə açılıb.
“Barselona”nın hücumçusu Rafinya penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb. 39-cu dəqiqədə “Vilyarreal”ın müdafiəçisi Renato Veiqa birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Say üstünlüyündən yararlanan kataloniyalılar 64-cü dəqiqədə Lamin Yamalın qolu ilə fərqi iki topa çatdırıb və oyunda yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra 18 oyunda 46 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir. 16 oyunda 35 xalı olan “Vilyarreal” isə dördüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 Dekabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















