Icma.az
close
up
RU
İspaniya La Liqası: “Barselona” yenidən liderdir və “Vilyareal”ı qəbul edir in İCMALI

İspaniya La Liqası: “Barselona” yenidən liderdir və “Vilyareal”ı qəbul edir in İCMALI

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İspaniya La Liqasında 26-cı turun oyunları start götürür.

İdman.Biz xəbər verir ki, ötən turda “Barselona” liderliyi geri qaytara bilib: kataloniyalılar “Levante”ni 3:0 hesabı ilə məğlub ediblər, Madrid “Real”ı isə gözlənilmədən “Osasuna”ya 1:2 hesabı ilə uduzub. Halbuki 24-cü turda “Barselona”nın özü “Jirona”ya 1:2 hesabı ilə məğlub olmuş və həmin vaxt bundan “Real” zirvə uğrunda mübarizədə yararlanmışdı.

Tur artıq start götürüb: “Levante” öz meydanında “Alaves”i 2:0 hesabı ilə üstələyib.

“Barselona” – “Vilyarreal” (28 fevral)

Turnir cədvəlinin yuxarı hissəsində qərarlaşan qonşuların qarşılaşmasıdır: “Barselona” 61 xalla birinci, “Vilyarreal” isə 51 xalla üçüncüdür. Ötən turda Kataloniya təmsilçisi “Levante” üzərində inamlı qələbə qazanıb (3:0), “Vilyarreal” isə doğma meydanda “Valensiya”nı 2:1 hesabı ilə məğlub edərək vacib üç xalı əldə edib.

Ev sahibləri üçün həftənin əsas xəbərlərindən biri Frenki de Yonqun zədəsidir. Yarımmüdafiəçi budun arxa əzələsindən zədə alıb və bir neçə həftə sıradan çıxıb. Sıx oyun qrafiki fonunda bu itki xüsusilə önəmlidir, çünki “Vilyarreal” tempi diktə etməyi və rəqibi topsuz vəziyyətdə çox işləməyə məcbur etməyi bacaran komandadır.

Qeyd edək ki, “Sarı sualtı qayıq” üçüncü yer uğrunda “Atletiko” ilə mübarizə aparır və istənilən xal itkisi paytaxt klubunun yenidən xalların sayına görə onlara çatmasına şərait yarada bilər.

“Real Madrid” – “Xetafe” (2 mart)

“Real” üçün bu oyun Pamplonadakı ağrılı məğlubiyyət fonunda keçiriləcək. “Osasuna”ya 1:2 hesablı məğlubiyyət Madrid təmsilçisinə liderliyə başa gəlib və indi istənilən yeni xal itkisi çempionluq perspektivlərinə ciddi zərbə vura bilər. “Xetafe” isə oyuna evdə “Sevilya”ya minimal hesablı məğlubiyyətdən (0:1) sonra çıxacaq. “Kral klubu” aşkar favorit hesab olunur və əvvəlki turdakı uğursuzluğa baxmayaraq, bu dəfə ciddi problemlə üzləşməməlidir.

Ayrı bir mövzu Kilian Mbappedir. Hücumçu diz nahiyəsindəki problemlərdən sonra bərpa prosesini davam etdirir və son oyunları buraxıb, onun nə vaxt qayıdacağı ilə bağlı dəqiq tarix açıqlanmayıb. Mövsümdəki məhsuldarlığını nəzərə alsaq, Mbappenin hazır olub-olmaması Madrid klubu üçün əsas heyət amillərindən biri olaraq qalır.

La Liqanın 26-cı turunun digər oyunları:

27 fevral

“Levante” – “Alaves” 2:0

28 fevral

“Rayo Valyekano” – “Atletik”

“Malyorka” – “Real Sosyedad”

“Real Oviedo” – “Atletiko”

1 mart

“Elçe” – “Espanyol”

“Valensiya” – “Osasuna”

“Betis” – “Sevilya”

“Jirona” – “Selta”

26-cı turun ilk oyunundan sonra La Liqanın turnir cədvəli:

“Barselona” – 61

“Real Madrid” – 60

“Vilyarreal” – 51

“Atletiko” – 48

“Betis” – 42

“Selta” – 37

“Espanyol” – 35

“Atletik” – 34

“Osasuna” – 33

“Real Sosyedad” – 32

“Jirona” – 30

“Sevilya” – 29

“Xetafe” – 29

“Alaves” – 27

“Rayo Valyekano” – 26

“Valensiya” – 26

“Elçe” – 25

“Malyorka” – 24

“Levante” – 21

“Real Oviedo” – 17

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Fevral 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri