İspaniya mətbuatı: Simeone Qurban Qurbanovdan aşağı pillədə qərarlaşıb
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya mətbuatı "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeonenin fəaliyyətini qeyd edərək, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu da unutmayıblar.
Sportal.az xəbər verir ki, “BeSoccerPro” portalı argentinalı mütəxəssisi xüsusi sıralamada "Qarabağ"ın çalışdırıcısından geridə olduğunu qeyd edib:
"Atletiko" Dieqo Simeonenin rəhbərliyi altında "Alaves"ə qarşı 700-cü oyununu keçirərək tarixdə yeni mərhələ yazdı. Bu, liqanın yalnız ilk 5-liyini nəzərə alsaq, bir komandada ən çox oyun keçirən mütəxəssisdir. Onu Frank Şmidt (639 matç, “Haydenhaym”), Xosep Qvardiola (490, “Mançester Siti") və Gian Piero Qasperini (404, “Atalanta”) izləyir. Ümumilikdə, bütün liqaları nəzərə alsaq, Simeone Qurban Qurbanov (718, “Qarabağ”), Kolin Katon (742, “Bala Taun”) və Saymon Uiverdən (756, “Harroqeyt Taun”) geri qalaraq 4-cü pillədədir".
54 yaşlı mütəxəssis 2011-ci ildən “Atletiko”nu çalışdırır. O, buna qədər “Rasinq”, “Estudiantes”, “River Pleyt”, “San Lorenzo”(hamısı Argentina), “Kataniya”(İtaliya) komandalarında işləyib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 24 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















