İspaniya millisinin üzvü Trabzonspor u yox, Flamenqo nu seçdi
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
"Trabzonspor"un təklifini qəbul etməyən Saul Niqesin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, "Atletiko" ilə müqaviləsinin bitməsinə bir il qalan ispaniyalı yarımmüdafiəçi Braziliyanın "Flamenqo" klubu ilə anlaşma əldə edib.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı futbolçu "Flamenqo"nun təklif etdiyi 3 illik müqaviləni qəbul edib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü olan Saul Niqes "Atletiko"nun heyətində 427 rəsmi oyuna çıxıb. O, bu görüşlərdə 48 qol vurub, 26 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:120
Bu xəbər 22 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















