İspaniya millisinin üzvünü otelə buraxmadılar
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniya millisinin hücumçusu Borja İlesias DÇ-2026 zamanı maraqlı hadisə ilə üzləşib.
QOL.az xəbər verir ki, Kabo-Verde ilə qolsuz bərabərlikdən (0:0) sonra İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandaya istirahət günü verib.
İqlesias sevgilisi ilə birlikdə yığmanın məskunlaşdığı Çattanuqa şəhərində gəzintiyə çıxıb. Lakin otelə qayıdarkən gözlənilməz problemlə qarşılaşıb.
Belə ki, təhlükəsizlik əməkdaşları futbolçunu tanımayıb və onu hotelin ərazisinə buraxmaqdan imtina ediblər. İspaniyalı hücumçu mühafizəçilərə:“Mən milli komandanın futbolçusuyam. İçəri daxil olmalıyam” - deyib. Lakin ondan buraxılış kartını göstərməsi istənilib və həqiqətən də millinin üzvü olub-olmadığı soruşulub.
Nəticədə İqlesias yığmanın nümayəndələri ilə telefon əlaqəsi saxlamalı olub. Yalnız bundan sonra onun hotelə girişinə icazə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 19 İyun 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















