Icma.az
close
up
RU
İspaniya mümkün hərbi əməliyyatlara hazırlaşır

İspaniya mümkün hərbi əməliyyatlara hazırlaşır

İspaniya hakimiyyəti hərbi əməliyyatlar zamanı ilk milli mülki müdafiə planını hazırlamağa başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "20 Minutos" qəzeti məlumat yayıb.

Məlumata əsasən, beynəlxalq hərbi gərginliyin artması, Rusiya və Ukraynanın bir-birinə uzaqmənzilli raketlər atması fonunda İspaniya hökuməti müharibənin ölkə ərazisinə təsir edəcəyi təqdirdə hərbi riskə qarşı yönəlmiş ilk milli mülki müdafiə planını hazırlayır.

Qeyd olunur ki, İspaniya sakinlərə içərisində mümkün münaqişənin nəticələrini aradan qaldırmağa dair tövsiyələr olan vərəqələr paylamağa başlayan Finlandiya, Norveç və İsveçdən nümunə götürüb.

seeBaxış sayı:51
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri