İspaniya ordusunun şəxsi heyətinin sayı artırılacaq
Icma.az, Ayna portalına istinadən məlumat verir.
2025-2029-cu illər arasında hərbi personalın sayının 7,5 min nəfər artırılması nəzərdə tutulur
İspaniya hökuməti 10 ildən artıq müddətdə ilk dəfə olaraq ordu personalının sayını artıracaq. AYNA xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hökumət generalların, zabitlərin və kiçik zabitlərin sayı haqqında kral fərmanının, eləcə də əsgər və matroslarla bağlı nazir əmrinin hazırlanması prosesini başa çatdırır. Sənədlərdə 2025-2029-cu illər arasında hərbi personalın sayının 7,5 min nəfər artırılması nəzərdə tutulur.
Növbəti 10 il ərzində İspaniya hakimiyyəti qoşunların sayını 20 min nəfər artıraraq 140 min nəfərə çatdırmaq niyyətindədir. Bu rəqəm 2007-ci il “Hərbi karyera haqqında” qanunla müəyyən edilmiş maksimumdur.
Bu qərar beynəlxalq missiyalar, kosmik obyektlərin mühafizəsi və təbii fəlakətlər zamanı mülki müdafiə daxil olmaqla, artan vəzifələri yerinə yetirmək üçün ordunun imkanlarının genişləndirilməsi zərurəti ilə izah edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Dekabr 2024 08:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















