İspaniya parlamenti canavar ovuna qadağanı ləğv edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya parlamenti 2021-ci ildə canavar ovuna qoyulan qadağanın faktiki ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə “The Guardian” məlumat yayıb.
Sənəddə qeyd edilir ki, canavarlar hər il 14 min qoyun və iribuynuzlu mal-qara öldürür. Eyni zamanda qadağanın ləğvi canavarların sayının sürətlə artması ilə əsaslandırılır.
Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) parlamentin qərarını siyasi xarakterli sayır, canavarların sayının artması arqumentini əsaslı saymır. Bildirilir ki, İspaniyada 2021-ci ildən qorunan 2500 canavarın sayı sabit olaraq qalır.
Xatırladaq ki, canavar Avropa Komissiyasının sədri Ursula fon der Leyenin ailəsinin sevimli ponisini parçalayıb. Bundan sonra keçən ilin dekabr ayında Avropa İttifaqı canavarların “ciddi mühafizə olunan heyvanlar” statusundan “mühafizə olunan heyvanlar” statusuna endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 21 Mart 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















