İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərdi
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya hökuməti Qəzzadakı humanitar böhranı yüngülləşdirmək məqsədilə 12 tonluq səhiyyə və sığınacaq ləvazimatlarını Ürdünə göndərib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib ki, yardım maddələri Ürdünün paytaxtı Ammanda İspaniya Qırmızı Xaç təşkilatına təhvil veriləcək və təxminən 3 min fələstinli bu yardımlardan faydalanacaq. O qeyd edib ki, İspaniya humanitar dəstəyini davam etdirəcək və Qəzzənin bərpası üçün beynəlxalq əməkdaşlıq lazımdır.
Albarez, Qəzzənin fələstinlilərə aid olduğunu və onların orada yaşamalı olduğunu vurğulayıb və ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Qəzzəni ələ keçirmək və fələstinliləri köç etdirmək" planına qarşı çıxdığını bildirib.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















