Icma.az
close
up
RU
İspaniya rekordları sıraladı, Danimarka 1/4 finala adladı

İspaniya rekordları sıraladı, Danimarka 1/4 finala adladı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq qrup qalibi olan İspaniya ilə liqanı tərk etməsi rəsmiləşən İsveçrənin dueli yalnız futbol qurmanları üçün maraqlı idi. Ona görə ki, Luis de la Fuentenin komandasının oyunu Yamalın və bəzi başqa ulduzların yoxluğunda da yetərincə cəlbedicidi.

Maraqlıdı ki, bütün ölkəni dolaşmaqda olan “qırmızı furiya” Murat Yakının komandasını Kanar adalarında qəbul etdi və burda məhz bu regionun yetirməsinin hesabı açmaq şansı real idi. Ancaq “Barselona”nın yarımmüdafiəçisi Pedri Moratanın qazandığı penaltini qola çevirə bilmədi. Hücum davam etdi və elə həmin adanın digər yetirməsi Pino fərqləndi.
Meydanda əsas hadisələr fasilədən sonra cərəyan etdi. Hər iki komandada əvəzetmələr işə yaradı. Əvvəlcə gözəl reyd edən Monteyro iti bucaq altından dəqiq zərbə vurmaqla isveçrəliləri sevindirdi. İspaniya cəmi 5 dəqiqə sonra Xilin sayəsində növbəti dəfə irəli çıxsa da, yenidən üstünlüyü əldən verdi. Kapitan sarğısını daşıyan Ruis topu cərimə meydançasından çıxarmağa hazırlaşarkən rəqib oyunçunun ayağına toxundu.
Oyundakı ikinci penalti – bu dəfə qonaqların ifasında – dəqiq oldu. Sən demə, bu da son deyilmiş. Almaniyalı referi Dankert 3-cü uzatma dəqiqəsində 3-cü dəfə penalti nöqtəsini göstərdi. Xilin ardından meydana sonradan çıxan daha bir futbolçu – Saraqosa da özünü göstərdi. O, özü qazandığı penaltini dəqiq yerinə yetirdi. İspaniya heç bir əhəmiyyət daşımayan oyunlarda da azarkeşlərini darıxmağa qoymur! Bu komanda il ərzində keçirdiyi 13 rəsmi oyunun heç birində uduzmayıb. Bu nəticə kimi, 12 qələbə də milli rekorddu.
Bu qrupdakı Serbiya – Danimarka oyunu daha böyük maraq doğururdu. İlk yarını cəsarətlə qapıçıların ayağına yazmaq olar. Əvvəlcə Şmeyhel komandasını xilas etdi. Ardından Petroviç möcüzələr törətməyə başladı. Xüsusən də onun Poulsenin uzaq küncə zərbəsini dəf etmək üçün necə uçduğunu görməyə dəyərdi. Və əlbəttə, “ağ qartallar”ın bombardiri Mitroviç özünü qeyri-adi şəkildə göstərdi. O, qol vurmasa da, bir epizodda “qayçı” zərbəsi ilə topu qapı xəttindən çıxardı. Danimarka 1/4 finala vəsiqə qazandısa, Serbiya A liqasında yerini qorumaq üçün pley-off oyunları keçirəcək.
A liqası, 4-cü qrup
İspaniya – İsveçrə 3:2 (1:0)

İspaniya: Remiro (Sançes, 46), Qrimaldo, Paredes, Kubarsi, Minqesa, Ruis, Kasado, N.Uilyams (Xil, 60), Pedri (Barrios, 79), Pino (Saraqosa, 69), Morata (Omorodion, 46).
İsveçrə: Mvoqo, R.Rodriges, Muhaym, Comərt, Fernandes, Caka (Rider, 60), Froyler, Kutesa (Okafor, 72), Zom (Syerro, 60), Uqriniç (Zekiri, 46), Amduni (Monteyro, 46).
Qollar: Pino, 32 (1:0). Monteyro, 63 (1:1). Xil, 68 (2:1). Zeçiri, 85-p. (2:2). Saraqosa, 90+3-p. (3:2).
Pedri 32-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Pino, 62. Comərt, 81. Saraqosa, 84 – sarı.
Hakim: Bastian Dankert (Almaniya).
18 noyabr. Santa-Krus-de-Tenerife. 21204 tamaşaçı.
Serbiya – Danimarka 0:0
Serbiya: Petroviç, Pavloviç, Milenkoviç, Velkoviç, N.Maksimoviç, Qudel (Zdelar, 72), Terziç, Samarciç (A.Maksimoviç, 72), Jivkoviç (İvanoviç, 82), Mitroviç, Vlahoviç (Nedelkoviç, 88).
Danimarka: Şmeyhel, Kristiansen, Vesterqor, Nelsson, Roerslev Rasmussen, İsaksen (Skov Olsen, 87), Eriksen, Yulmann, Damsqor (Heylunn, 70), Poulsen (Nerqor, 53), Dolberq (Qrenbek, 70).
Vərəqələr: Dolberq, 25. Terziç, 26. Milenkoviç, 41. Jivkoviç, 80. Pavloviç, 90 – sarı. Pavloviç, 90+5 – qırmızı (ikinci sarı).
Hakim: Feliks Svayer (Almaniya).
18 noyabr. Leskovats. 7295 tamaşaçı.
1. İspaniya 6 5 1 0 13-4 16
2. Danimarka 6 2 2 2 7-5 8
3. Serbiya 6 1 3 2 3-6 6
4. İsveçrə 6 0 2 4 6-14 2
Faktlar
* İspaniya yığması öz rekordunu yeniləyib. “Qırmızı furiya” 2024-cü ildə yoldaşlıq matçları da daxil olmaqla keçirdiyi 17 oyunun 14-də qalib gəlib. Daha əvvəl yığmanın ən yaxşı göstəricisi 2010-cu ildə dünya çempionu olduğu vaxta təsadüf edib. İspaniya həmin dönəmdə 17 qarşılaşmanın 13-də meydandan qələbə ilə ayrılıb. Qeyd edək ki, ispanlar sonuncu dəfə bu il martın 23-də Kolumbiyaya yoldaşlıq oyununda yenilib - 0:1.
* Pedri karyerasındakı ilk penaltini qola çevirə bilmədi. 21 yaşlı yarımmüdafiəçi oyunsonrası penalti seriyalarını nəzərə almasaq, klubu və yığmanı əhatə edən peşəkar karyerası ərzində ilk dəfə “nöqtə”yə yaxınlaşmışdı.
Oyundan sonra
Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:

“Bugünkü oyundan çox razıyam. Futbol ilk növbədə oyundu, bir çox komanda yüksək səviyyəyə malikdi. Bu üzdən İsveçrə kimi yaxşı rəqibi məğlub etmək üçün ən vacib keyfiyyətlərini ortaya qoyan komandamı tərifləmək istəyirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 01:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri