İspaniya Rusiya üçün xüsusi tribunalın yaradılmasını dəstəkləyir
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
İspaniya Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyir. Bu, cəzasızlıqla mübarizə yolunda bir addımdır. Bu barədə X sosial şəbəkəsində İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresə istinadən məlumat yayıb.
"Ukrayna ilə Avropa Şurası arasında Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılması haqqında sazişin imzalanması əla xəbərdir", - rəsmi qeyd edib.
O əlavə edib ki, İspaniya “hesabatlılığın təmin edilməsinə və cəzasızlıqla mübarizəyə” yönəlmiş səyləri dəstəkləyir.
Albares vurğulayıb ki, belə bir xüsusi tribunal və Ukraynaya dəymiş ziyanların beynəlxalq reyestrinin yaradılması “Ukraynada, Avropada və dünyada ədalətin və beynəlxalq hüququn aliliyinin təmin edilməsi üçün həlledici əhəmiyyətə malikdir”.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 İyun 2025 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















