Icma.az
close
up
RU
İspaniya Trampın tələblərinə niyə yox deyir? SƏBƏB

İspaniya Trampın tələblərinə niyə yox deyir? SƏBƏB

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ-İsrail-İran müharibəsinin gedişatında İspaniya dəniz və hava bazalarından Amerika təyyarələrinin istifadə etməsinə icazə verməyib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, İspaniya ilə əlaqələrinin olmasını istəmirlər. Daha sonra İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın təhdidlərinə "müharibəyə yox" deyə cavab verib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, İspaniyanın Amerika ilə münasibətləri ABŞ-də Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən bəri gərgin müstəvidə davam edir və razı olmadıqları bəzi məsələlər var:

"Xüsusilə də İsrailin Qəzzaya dağıdıcı hücumları, insanların, hətta körpə uşaqların kütləvi olaraq qətlə yetirilməsi və şəhərin bütövlükdə xarabaya çevrilməsini İspaniya hər zaman pisləyib və bu kontekstdə ABŞ-nin bir də bu soyqırımı həyata keçirən bir dövlətə yardım etməsini tənqid edib. Donald Tramp hakimiyyətə gələndən bəri beynəlxalq hüquq anlayışı ayaqlar altındadır. Belə bir anlayışı Donald Tramp qəbul etmir. “Kim güclüdürsə, o haqlıdır” prinsipinə riayət edərək, istər gömrük rüsumları tariflərini qaldırmaq, istərsə də birtərəfli qaydada öz iradəsini dövlətlərə qəbul etdirmək siyasəti həyata keçirilir ki, bu yöndə də İspaniyanın hakimiyyəti, xüsusilə Baş nazir Sançes bu siyasəti qəbul etmir və hər zaman tənqid edir. İndiki vəziyyətdə də İrana hərbi müdaxilənin, bombardmanların baş verməsini haqlı olub-olmamasından asılı olmayaraq, yəni səbəblərin hansı səviyyədə olmasından asılı olmayaraq, İspaniya bunu beynəlxalq hüquqa daban-dabana zidd bir davranış kimi qəbul edir. Ona görə də Sançes İspaniyanın bu beynəlxalq hüququ ayaqlar altına sərən davranış prosesinin bir tərkib hissəsi olmaması üçün bu cür bazalardan istifadə imkanlarına qadağalar qoyur.

Bu da təbii ki, ABŞ-İspaniya arasında münasibətləri növbəti dəfə gərginləşdirir. Əslində bu, İspaniyanın nə qədər suveren bir dövlət və müstəqil siyasi iradəyə malik bir hakimiyyətə malik olduğunu bilavasitə ortaya qoyur. Çünki müstəqil siyasi iradəyə malik olmayan bir hakimiyyət və yaxud suveren olmayan bir dövlət ABŞ kimi hegemon dövlətə bu məsələlərdə etiraz edə bilməz. Yəni bu faktın özü də müstəqil siyasi iradəni ortaya qoyan ciddi amildir".

Siyasi şərhçi vurğuladı ki, İspaniya həm də Avropa Birliyinin tamhüquqlu üzvüdür və Avropa Birliyi dövlətləri də, bütövlükdə Avropa Birliyi İrana qarşı hərbi əməliyyatlarda iştirak etmir:

"Çünki bunu açıq şəkildə bəyan etməsələr də, bunun beynəlxalq hüquqa zidd olduğunu anlayırlar. Ən azından Almaniyanın kansleri Mertsin bu yöndə açıqlaması var ki, ABŞ-nin İrana hərbi müdaxiləsini heç bir şəkildə hüquqla aydınlaşdırmaq, uyğunlaşdırmaq mümkün deyil. Yəni dolayısı ilə bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan edirlər. Doğrudur, İrana müdaxilə üçün tutarlı səbəblər var. Yəni perspektivdə İranın nüvə bombası əldə etməməsi kimi ciddi səbəblər və bəhanələr ortada var. Ancaq digər tərəfdən, bir də ABŞ-nin İrandan istəkləri var ki, bütövlükdə nüvə zənginləşdirmə prosesindən imtina edilsin, strateji ballistik raketlərdən, onların inkişafından tamamilə imtina edilsin ki, bu da açıq beynəlxalq hüquqa uyğun tələblər deyil. Çünki hər bir dövlətin özünü müdafiə etmək hüququ var".

Müsahibimizin sözlərinə görə, ABŞ-nin müəyyən haqlı tələbləri də var:

"Məsələn, bu gün İran rejimi sağ çıxması üçün sağa-sola bütün Yaxın Şərq, Körfəz ölkələrinə ballistik raketlər atır. Sadəcə həmin ölkələrdə yerləşən Amerika Birləşmiş Ştatlarının hərbi bazalarını, səfirliyini deyil, artıq iqtisadi obyektlərini, o cümlədən neft müəssisələrini, Səudiyyə Ərəbistanının ən böyük neft şirkəti olan "Aramco" kimi şirkətini, neft emalı zavodlarını raketlərlə vurur. Yəni bu faktın özü də əsas verir ki, həqiqətən bu rejim nəzarətdən çıxdığı təqdirdə çox təhlükəli bir amilə çevrilə bilər. Ona görə bu rejimin əlində bir də nüvə silahının olması həm regional, həm də qlobal səviyyədə böyük bir təhlükə yaradır.

Ancaq bütövlükdə bu məsələyə birmənalı olaraq qiymət vermiş olsaq, bu, öz xalqına böyük zülmlər edən bir İran rejimi ilə Epşteyn prosesinin tör-töküntüləri arasında böyük bir müharibənin getdiyini birmənalı demək olar. Yəni baş verən prosesin adı budur. Ona görə də ən azından məsələnin mahiyyətini bilən, anlayan dövlətlər bu prosesə qoşulmaq və dəstək vermək istəmirlər. İspaniyanın Baş naziri Sançes də bu şəxsiyyətlərdəndir. Ona görə ABŞ ilə İspaniya arasında münasibətlər bir ildir ki, Donald Tramp hakimiyyətə gələndən bəri gərgin müstəvidə davam edir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Mart 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri