İspaniya və Belçika Ukraynaya əlavə hərbi yardım göndərəcək
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Belçika və İspaniya Ukraynaya müdafiə xərcləri üçün 1 milyard avro məbləğində yardım ayıracaq. Bundan başqa, Ukrayna ordusu əlavə olaraq F-16 qırıcı təyyarələri və ehtiyat hissələri ilə təmin olunacaq.
APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov açıqlama verib.
Belçika və İspaniyanın müdafiə nazirləri Teo Franken və Marqarita Robles ilə görüşən Fyodorov əməkdaşlığın əsas sahələri barədə razılığa gəldiklərini deyib.
"Belçika bu il Ukraynaya 1 milyard avro müdafiə yardımı ayırır. Ölkə həmçinin Ukraynaya əlavə F-16 qırıcı təyyarələri göndərmək və mövcud təyyarələr üçün ehtiyat hissələrinin tədarükünü təmin etmək niyyətindədir. İspaniya da bu il Ukraynaya 1 milyard avro dəstək verəcək", - Fedorov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 13 Aprel 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















