Icma.az
close
up
RU
İspaniyada əczaçılıq şirkətinin səhvi üzündən körpələrdə “canavar adam sindromu” inkişaf edib

İspaniyada əczaçılıq şirkətinin səhvi üzündən körpələrdə “canavar adam sindromu” inkişaf edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 iyul, AZƏRTAC

2019-cu ildə İspaniyanın Malaqa şəhərindəki bir laboratoriya səhvən saç böyüməsi məhsulunu mədə qoruyucu dəstinə qablaşdırıb.

AZƏRTAC İspaniyanın “ABC” qəzetinə istinadla xəbər verir ki, Əndəlüsdəki əczaçılıq şirkətinin səhvi ucbatından iki aydan yeddi yaşa qədər olan 20-yə yaxın uşaqda uzun tünd “lanuqo” tükləri uzanmağa başlayıb. Mədə qoruyucu vasitə kimi qablaşdırılan minoksidilin səhv qəbulu 20-yə yaxın uşaqda bu xəstəliyin diaqnozuna səbəb olub.

İlk şikayət 2019-cu ildə qeydə alınıb. Ailələr uşaqlarına omeprazol (mədə qoruyucusu) veriblər və bu dərmanı qəbul etdikdən bir neçə gün sonra ayaqlarının altı kimi qəribə yerlərdə tüklər çıxmağa başlayıb. Uşaqlar müxtəlif yaşlarda olublar və bu mədə qoruyucusundan təsirləniblər. Dərman partiyasını təhlil etdikdən sonra şirkətin bu bağışlanılmaz səhvi aşkar olunub. Preparatda mədə qoruyucusu yox, minoksidil üzə çıxarılıb. Uşaqlar saç böyüməsini stimullaşdırmaq və keçəlləşməni yavaşlatmaq üçün dərman qəbul edirdilər. “ABC” nərinin əldə etdiyi və prokurorun xülasəsinə daxil edilən diaqnozda onların adətən “canavar adam sindromu” kimi tanınan “hipertrikoz”a yoluxduğu məlum olub.

Ailələr “Farma Química Sur” əczaçılıq şirkətindən şikayət ediblər və hüquqi müstəvidə araşdırmalara başlanılıb. Bir neçə gün əvvəl Malaqa Respublika Prokurorluğu “saçların böyüməsi” ilə bağlı işin ilkin olaraq dayandırılmasını istəyib. Bununla belə, valideynlər prosesin Malaqa məhkəməsində aparılmasını xahiş edir və “Farma Química Sur” şirkətinin baş meneceri, habelə dərmanları qablaşdıran laboratoriya texniki üçün beş ilə qədər həbs cəzası verilməsini istəyirlər.

Bununla belə, Respublika Prokurorluğu iddia edir ki, iş üzrə araşdırılan 4 nəfərə qarşı “ittiham irəli sürmək üçün kifayət qədər sübut yoxdur”. Ümumilikdə, toplanmış tibbi sənədlərə əsasən, uşaqlar tədricən sağalıblar.

İndi məhsulu etiketləyən şirkətə qarşı Respublika Prokurorluğunun şikayətindən sonra işi araşdıran Malaqa Birinci istintaq məhkəməsi qərar verməlidir. İstintaq minoksidilin tədarükündəki səhvin mənbəyini müəyyənləşdirib. Məlum olub ki, bu, iki aydan yeddi yaşa qədər olan 21 azyaşlıya təsir edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri