İspaniyada güclü meşə yanğınları, ölənlər var Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün İspaniyanın Kataloniya əyalətində meşə yanğınları başlayıb və təxminən 6 500 hektar ərazi külə dönüb.
“Qafqazinfo” “The Watchers”ə istinadən xəbər verir ki, güclü yanğın nəticəsində 2 nəfərin meyiti tapılıb.
Bildirilib ki, həyatını itirən şəxslərdən biri fermer, digəri isə onun işçisi olub. Onlar yanğın baş verən meşə ərazisindəki fermadan qaçmağa çalışdıqları zaman həlak olublar.
Qeyd olunub ki, yanğının bu qədər sürətli yayılmasına səbəb yüksək temperatur, aşağı rütubət və güclü küləkdir. Bu amillər şiddətli istilik dalğası ilə birlikdə alovların son dərəcə intensiv olmasına gətirib çıxarıb.
Hadisə bölgədə son illərin ən ciddi meşə yanğınlarından biri kimi qiymətləndirilir. Yanğının miqyası və sürəti səbəbindən fövqəladə vəziyyət elan edilib.
Çoxsaylı yanğınsöndürən qüvvələr, helikopterlər və təyyarələr hadisə yerinə cəlb olunub.
Rəsmi qurumlar yanğının nəzarət altına alındığını açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 02 İyul 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















