İspaniyada Mango şirkətinin təsisçisinin oğluna qarşı ittiham: Atasını öldürməkdə şübhəli bilinir
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
2024-cü ilin dekabrında uçurumdan yıxılaraq həyatını itirən İspaniyanın "Mango" geyim mağazaları şəbəkəsinin təsisçisi İsak Andiçin oğlu Conatan Andiç atasının qətlində şübhəli bilinir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Pais" nəşri mənbələrə istinadən məlumat verir.
Nəşrin materialında qeyd edilir ki, Andiçin ölümü ilə bağlı iş bağlanıb, lakin mart ayında istintaqın yenidən başlanmasına dair göstəriş verilib. Bu qərar sahibkarın ölüm şəraitini aydınlaşdırmaq üçün verilib, çünki öldüyü gün onu oğlu Conatan müşayiət edib.
Nəşr vurğulayır ki, istintaq Barselona əyalətinin Martorel məhkəməsi tərəfindən ciddi məxfilik şəraitində aparılır. Hazırda Conatan Andiçə qarşı inandırıcı sübutlar yoxdur, lakin onun ziddiyyətli ifadələri polisdə şübhələr doğurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 17 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















