İspaniyada qalmaqal La Liqa matçı yarımçıq dayandırıldı
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
İspaniya La Liqasının VIII turunda keçirilən “Rayo Valyekano” – “Atletik Bilbao” qarşılaşması yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, buna meydan sahibi komandanın azarkeşlərinin törətdiyi insident səbəb olub.
Madrid təmsilçisinin tərəfdarları klub prezidenti Raul Martin Presanın idarəçiliyinə etiraz edərək meydana yüzlərlə kağız təyyarə və kiçik plastik toplar atıblar.
İlk insident görüşün 13-cü dəqiqəsində yaşanıb. Baş hakim Xose Mariya Sançes Martines oyunu dayandırıb. Meydança təmizləndikdən sonra qarşılaşma bərpa olunsa da, azarkeşlər yenidən meydana əşyalar atıblar.
Təhlükəsizlik tədbirlərinə baxmayaraq, hadisələrin təkrarlanması səbəbindən hakim matçı birdəfəlik dayandırmaq qərarına gəlib. Polis təhlükəsizliyin təmin edilməsinə zəmanət verə bilmədiyini bildirib.
Azarkeşlərin narazılığına səbəb klub rəhbərliyinin fəaliyyəti və “Valyekas” stadionundakı təhlükəsizlik problemləridir. Stadion mövsümün əvvəlində aşkarlanan ciddi çatışmazlıqlar səbəbindən müvəqqəti bağlanmışdı.
Qeyd edək ki, 0:0 hesabı ilə dayandırılan qarşılaşmanın yeni tarixi hələ açıqlanmayıb. La Liqanın məlumatına görə, görüş oktyabrın 10-da və 11-də davam etdirilməyəcək.
“Siti” zirvəyə yüksəldi Romada qollu heç-heçə, ŞƏRİKLİ LİDERLƏR “Barsa”dan əzmkar qələbə, RAFİNYADAN HET-TRİK “Trabzonspor” “Qalatasaray”ı meydana çıxmağa PEŞMAN ETDİ “Arsenal” “Brayton”la bacarmadı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 10 Oktyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















