İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
Icma.az, Sherg.az saytına istinadən bildirir.
İspaniyanın Qranada şəhəri yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib.
Sherg.az xəbər verir ki, bu barədə İspaniya Milli Coğrafiya İnstitutu məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 01:00 radələrində qeydə alınıb. Zəlzələnin episentri Alendin yaşayış məntəqəsi yaxınlığında, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra təcili xidmətlərə 200-ə yaxın müraciət daxil olub. İlkin məlumata görə, xəsarət alan olmayıb. Bununla yanaşı, bəzi binalarda çatlar yaranıb, karnizlərin, divar hissələrinin və digər konstruksiya elementlərinin düşməsi barədə məlumatlar daxil olub.
Hadisədən sonra Əndəlüs hakimiyyəti seysmik təhlükə zamanı fəaliyyət planının fövqəladə rejimini işə salıb.
Bu mövzuda digər xəbərlər:Rusiyada 5,0 maqnitudalı zəlzələ qeydə alınıb
16 Dekabr 2025 14:51
Kamçatkada 5,0 bal gücündə zəlzələ baş verib
24 İyun 2026 10:29
İspaniyada zəlzələ olub
27 İyul 2026 10:23
İspaniyada bir gecədə on ZƏLZƏLƏ baş verib
19 Avqust 2026 15:49
“Qranada” klubu Luka Zidanla müqavilənin ləğv olunduğunu bildirib
07 Avqust 2026 21:20
Baxış sayı:97
Bu xəbər 15 Avqust 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















