İspaniyada zavodda partlayış olub, 3 nəfər ölüb
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın Alikante əyalətində (Valensiya muxtar icması) zavodun sənaye anbarında partlayış baş verib. SİA xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Nəticədə azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və həkimlər cəlb edilib.

