İspaniyanın baş naziri Pedro Sançes Özgür Özəli rədd etdi
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Siyasi Birliyi-nin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün Yerevana gedən İspaniyanın Baş naziri Pedro Sançezin təyyarəsi Ankarada təcili eniş edib.
Turkustan.az xəbər verir ki, İspaniyanın Rabitə Katibliyinin açıqlamasında bildirilib ki, Sançezi daşıyan təyyarə “gözlənilməz” texniki nasazlıq səbəbindən Ankarada təcili eniş etmək məcburiyyətində qalıb.
Hadisədən sonra CHP lideri Özgür Özel Sançezlə görüşmək istəyib. Lakin bu tələb qəbul edilməyib.
“Millət Haber” qəzetinin baş redaktoru Sinan Burhan sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, təyyarə texniki problem səbəbindən Ankaraya endikdən sonra görüş təşkil etmək üçün cəhdlər edilib. CHP-nin baş katibi Selin Sayek Böke və onun müavini Şule Bucak Sançezin komandası ilə əlaqə saxlasalar da, İspaniya Baş naziri bu tələbi rədd edib.
Məlumata görə, Özgür Özəl və komandası Sançezlə “İspaniyanın Baş naziri kimi deyil, Sosialist İnternasionalının prezidenti kimi” görüşməyi də təklif ediblər, lakin bu təklif də qəbul olunmayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 May 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















