İspaniyanın Seuta şəhərində həkimlər epidemiya təhlükəsi barədə xəbərdarlıq edirlər
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, qarşıdakı bir ay yarım ərzində lazımi tədbirlər görülməsə, vəziyyət səhiyyə sahəsində genişmiqyaslı böhrana çevrilə bilər.
Hazırda təxminən 10 min miqrant anklavın müxtəlif ərazilərinə səpələnmiş vəziyyətdədir. Onların bir çoxu gecələri açıq havada, ictimai çimərliklərdə, istifadəsiz anbarlarda və meydanlarda keçirir.
Seuta Həkimlər Kollegiyasının rəhbəri Enrike Roviralta yaranmış vəziyyəti ağır sanitariya şəraiti və insanların sıxlığı səbəbindən “gecikdirilmiş bomba” adlandırıb. Onun sözlərinə görə, bu xəbərdarlığın məqsədi panika yaratmaq deyil, real təhlükənin qarşısını almaqdır.
Seuta Universitet Xəstəxanası imkanlarının son həddində fəaliyyət göstərir. Təcili yardım şöbəsində tibbi xidmətlərə tələbatın üç dəfə artmasına baxmayaraq, işçi çatışmazlığı yaşanır. Roviralta xəbərdarlıq edib ki, tibb müəssisəsinin həddən artıq yüklənməsi yerli sakinlərə tibbi yardımın göstərilməsində gecikmələrə səbəb olacaq.
Həkimlər qaşınma xəstəliyi, vərəm, qızılca, tənəffüs yolları və göbələk infeksiyaları, həmçinin salmonellyoz və şigellyoz hallarının artdığını təsdiqləyiblər. Bundan başqa, vəba xəstəliyinin yayılması təhlükəsi də mövcuddur.
Dövlət sektorunda çalışanların həmkarlar ittifaqları həkimlərin təcili müdaxilə ilə bağlı tələblərini dəstəkləyiblər.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 14 Avqust 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















