Icma.az
close
up
RU
İspaniyaya rəsmi səfərimiz uğurlu oldu

İspaniyaya rəsmi səfərimiz uğurlu oldu

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Mayın 23-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclası açan parlamentin spikeri deyib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti mayın 19-da və 20-də isə İspaniya Krallığında rəsmi səfərdə olub. Səfər çərçivəsində İspaniya Parlamenti Senatının sədri Pedro Rollan və Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə ayrılıqda görüşlər keçirilib.
Spiker Sahibə Qafarova qeyd edib ki, həmkarlarla söhbətlər zamanı Azərbaycan–İspaniya münasibətlərinin indiki vəziyyətindən, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olunub. Siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğu diqqətə çatdırılıb. Bakıda keçirilmiş COP29 Konfransında İspaniya Hökumətinin Sədri Pedro Sançezin və parlament üzvlərinin Azərbaycana səfərlərinin əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, görüşlər çərçivəsində parlamentlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahələrində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı vurğulanıb.
Diqqətə çatdırılıb ki, görüşlərdə Cənubi Qafqazda mövcud vəziyyət barədə danışılıb. Azərbaycan–Ermənistan normallaşma prosesi, iki ölkə arasında mövcud olmuş münaqişənin tarixi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri barədə həmsöhbətlərə geniş məlumat verilib.
Qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova İspaniyaya rəsmi səfərin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 May 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri