Icma.az
close
up
RU
İsrail 14 ayda Qəzzada 217 jurnalist və media işçisini qətlə yetirdi... “ƏlCəzirə”

İsrail 14 ayda Qəzzada 217 jurnalist və media işçisini qətlə yetirdi... “ƏlCəzirə”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Böyük arzularımız var idi, amma indi arzumuz öldürülməkdir ki, kim olduğumuzu bilsinlər...”

“Qəzzada münaqişə 15-ci ayına qədəm qoyur. Həmin müddətdə bu məkanda 45.400-dən çox insan həlak olub, 108.000 nəfər yaralanıb. Müharibə xüsusilə Qəzzada olan müxbirlərə hərbi əməliyyatlar zonasından reportajların verilməsinin çətinliyi ilə əlamətdar oldu. Buradan informasiya yaymaq vermək bəzən qeyri-mümkün idi  və çox vaxt ölümcül idi. Bu çətinliklərə baxmayaraq, fələstinli jurnalistlər 21-ci əsrin ən ölümcül münaqişələrindən biri zamanı dünyanın gözü və qulağı rolunu oynayaraq müharibənin dəhşətlərini xəbər verməyə davam etdilər. 2023-cü il oktyabrın 7-dən 25 dekabr 2024-cü ilə qədər Qəzzada ən azı 217 jurnalist və media işçisi öldürülüb”. 

Moderator.az xəbər verir ki, bunu “Əl-Cəzirə” nəşri yazıb.

“Yalnız 2024-cü il dekabrın 26-da İsrail hava qüvvələrinin “Əl-Avda” xəstəxanası yaxınlığında bir xəbər mikroavtobusunu hədəf alması nəticəsində daha beş nəfər həlak olub. Jurnalistlərin bu son qətlləri Qəzzada media mütəxəssislərinin fəaliyyət göstərdiyi təhlükəli mühiti vurğulayır. Sadəcə olaraq, bu, jurnalistlər üçün ən pis münaqişə olub”, -deyə ərəb nəşri bildirir.

Nəşr  2023-cü il oktyabrın 7-dən Qəzzada öldürülən jurnalistlər və media işçilərinin ölüm tarixlərinə görə fotoları ilə birgə siyahısını da təqdim edib.

Eyni zamanda onlardan  bir neçəsi haqda ayrıca məlumat dərc edilib:

Ayətin dünyaya son mesajı..

Sərbəst jurnalist və podkast aparıcısı Ayat Xadura İsrailin Qəzzanın şimalındakı Beyt Lahiyadakı evinə endirdiyi hava zərbəsi nəticəsində bir neçə ailə üzvü ilə birlikdə həlak olub. Xadura Qəzzadakı ağır vəziyyəti sənədləşdirmək üçün sosial mediada videolar paylaşırdı.

Onun ən təsirli yazılarından biri 6 noyabr 2023-cü ildə paylaşdığı və “Dünyaya Son Mesajım” adlandırdığı video idi. Videoda o, "Böyük arzularımız var idi, amma indi arzumuz öldürülməkdir ki, kim olduğumuzu bilsinlər", - deyə bildirmişdi. 

İsmayılın dünyaya son mesajı

“Əl-Cəzirə” telekanalının ərəb jurnalisti İsmayıl Əl-Coul və operatoru Rami əl-Rifi 31 iyul 2024-cü ildə İsrailin hava hücumu nəticəsində həlak olublar. Jurnalistlər Qəzza şəhərinin qərbində, Şati qaçqın düşərgəsində avtomobillərinin vurulması nəticəsində həlak olublar. 

İsmayıl və Rami media jiletlərində olublar və hücuma məruz qaldıqları zaman avtomobillərində müəyyənedici işarələr olub.

“Əl-Cəzirə” telekanalının əməkdaşı Ənəs Əl-Şərif iki həmkarının cəsədinin gətirildiyi xəstəxanada idi.

“İsmail köçkün fələstinlilərin iztirablarını, yaralıların iztirablarını və [İsrail] işğalının Qəzzada günahsız insanlara qarşı törətdiyi qətliamları çatdırırdı” dedi.

"Baş verənləri heç bir söz təsvir edə bilməz."

Əl-Coul, müharibəni işıqlandırarkən həyatını itirən “Əl-Cəzirə” jurnalistlər arasındadır. Daha bir neçəsi İsrailin hücumları nəticəsində ailə üzvlərini itirib. “Əl-Cəzirə”-nin Qəzza şəhərindəki bürosunun rəhbəri Vael Dahduhun faciəsi, xüsusilə də bir çox fələstinli jurnalistin evlərinə çox yaxın olan qətllər barədə məlumat vermək məcburiyyətində qalaraq öz vəzifələrini yerinə yetirərkən üzləşdiyi dağıntıları vurğulayır.

Müharibə başlayandan bir neçə həftə sonra Dahduh canlı efirdə İsrailin Nuseyrat qaçqın düşərgəsinə hücumu zamanı onun həyat yoldaşı, yeddi yaşlı qızı və 15 yaşlı oğlunu digər ailə üzvləri ilə birlikdə öldürdüyü barədə məlumat aldı.

“Əl-Cəzirə” müxbiri olan digər oğlu Həmzə 2024-cü ilin yanvarında pilotsuz təyyarənin hücumu nəticəsində həlak olub.

Qadın jurnalistlərin yarısı Qəzza şəhərindən, öldürülən bütün media işçilərinin 64 faizi isə Qəzza şəhəri və Şimali Qəzzadan idi.

Ümumilikdə dekabrın 25-nə kimi azı 192 kişi və 25 qadın jurnalist öldürülüb.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri