İsrail 40 il əvvəl itkin düşmüş Ron Aradın qalıqlarını tapmaq üçün Livanda əməliyyat keçirib
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
İsrail Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlıları 1986-cı ildə Livan əsirliyinə düşən Hərbi Hava Qüvvələrinin şturmanı Ron Aradın qalıqlarını tapmaq məqsədilə ötən gecə Livanın şərqində əməliyyat keçirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Livanın Nəbi-Şit bölgəsindəki əməliyyat bilavasitə Aradın qalıqlarını aşkar etmək məqsədi daşıyıb, lakin nəticəsiz başa çatıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Nəbi-Şitdəki əməliyyat zamanı ən azı 26 nəfər həlak olub, daha 35 nəfər yaralanıb.
Ron Arad 1986-cı il oktyabrın 16-da döyüş tapşırığı ilə yollandığı Livan ərazisi üzərində "F-4 Phantom" təyyarəsi vurulduqdan sonra əsir düşüb. Təyyarənin pilotunu xilasetmə helikopteri ilə götürmək mümkün olsa da, Aradı xilas etmək mümkün olmayıb. Onun azad edilməsi barədə danışıqlar iki il ərzində aparılsa da, sonradan dayandırılıb. Həmin vaxtdan bəri o, itkin düşmüş hesab edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Mart 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















