Icma.az
close
up
RU
İsrail ABŞ gəmisinə niyə hücum edib? 34 ölü… Konqresdə ciddi araşdırma tələb edildi…

İsrail ABŞ gəmisinə niyə hücum edib? 34 ölü… Konqresdə ciddi araşdırma tələb edildi…

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Konqresinin Respublikaçı nümayəndəsi Tomas Mesi bazar ertəsi günü – iyunun 8-də çıxış edərək İsrailin 1967-ci ildə ABŞ-a məxsus “USS Liberty” kəşfiyyat gəmisinə hücumunu yenidən araşdırmaq üçün çağırış edib.

Moderator.az bu haqda İsrailin məşhur “Yerusalem Post” nəşrinə istinadla xəbər verir.

Mesi bu çıxışını “ömür boyu böyük şərəflərdən biri” adlandırıb və hücum zamanı həyatını itirən 34 dənizçini, həmçinin 171 yaralananı yad edib.

Sözügedən hücum 8 iyun 1967-ci ildə, İsrailin məlum 6 Günlük müharibəsi zamanı baş verib.

Gəmi Sina yarımadasının sahillərində yerləşərkən İsrail qüvvələri tərəfindən bombalanıb.

İsrail daha sonra üzr istəyib və ABŞ və qurbanların ailələrinə kompensasiya ödəyib.

Çoxsaylı ABŞ dövlət qurumlarının, o cümlədən “CIA”-nın  araşdırmaları hücumu səhv əməliyyat kimi qiymətləndirib. Lakin bu hadisə İsrail tənqidçiləri üçün uzun müddətdir simvolik məkana çevrilib.

Mesi ABŞ hərbi və kəşfiyyat rəsmilərinin araşdırma nəticələrinə şübhə etdiyini vurğulayıb. O bildirib ki, bir çox tanınmış rəsmilər hücumu təsadüf hesab etməyib.

Mesinin fikrincə, hücum ya saxta əməliyyat, ya da İsrailin fəaliyyətini müşahidə etməmək məqsədilə planlanıb.

Konqresdə çıxışı zamanı Mesi qurbanları yad etməyi və yeni istintaq çağırışını irəli sürüb.

“USS Liberty” Veteranlar Assosiasiyası Mesinin çıxışını “başqa heç bir Konqres üzvü söyləməzdi” sözləri ilə qiymətləndirib.

Sağçı və konservativ ABŞ fiqurları da hadisəni İsrailin əxlaqsızlığının sübutu kimi dəyərləndiriblər.

Ötən- 2025-ci ildə ABŞ-ın sağçı media fiquru və sosial media fəalı Kendeys Ouens 1967-ci ildə İsrailin “USS Liberty” gəmisinə etdiyi hücumu sağ qalan dənizçilərdən biri ilə müsahibə edib. Ouens müsahibə zamanı hadisənin detallarını işıqlandıraraq, İsrailin hərəkətlərini “aldadıcı və çirkin” olaraq qiymətləndirib və bu hücumun ABŞ-İsrail münasibətlərində doğurduğu narazılığı vurğulayıb. 

Florida qubernatorluğu namizədi Ceyms Fişbak hadisənin məktəblərdə öyrədilməsini istəyib.

Sağçı strimer Nik Fuentes isə İsrailin hücumu hərbi hərəkətlərini gizlətmək üçün etdiyini iddia edib.

Konservativ Taker Karlson isə bu soruşmanın antisemitizm olmadığını deyib.

“ADL” təşkilatı Karlsonun baxışlarının normallaşmasından narahatlığını bildirib.

Ben Şapiro çıxışında hadisəni qaldıranların çoxunun İsrailin bilərəkdən hücum etdiyini iddia etdiyini qeyd edib.

Mesinin çıxışı bəzi tənqidçilər tərəfindən təqdir olunub; Marjori Teylor Qrin qəhrəmanları yad etdiyi üçün ona təşəkkür edib.

Digər sağçı siyasətçilər və Konqres üzvləri Mesinin çıxışını tənqid edib.

Den Krinşou onu çıxışçının səmimiyyətinə şübhə yaradan kimi qiymətləndirib.

Adam Mossoff isə Mesinin antisemit və yəhudi konspiroloji nəzəriyyələrinə doğru getdiyini yazıb.

O, “USS Liberty” hadisəsini Fransadakı “Dreyfus” işinə bənzədib və tarixdəki yəhudi düşmənçiliyinin yenidən qaldırıldığını bildirib.

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyun 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri