“İsrail ABŞ İran müqaviləsini pis hesab edir” − “Ynet”
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
“İsrail ABŞ və İran arasında yaranan razılaşmanı İsrailin maraqlarına zərər verəcək pis bir razılaşma hesab edir”.
Yeniavaz.com xəbər verir ki, bu iddianı “Ynet” portalı mənbələrə istinadən bildirib.
“Bu, bizim (İsrailin - red.) maraqlarına zərər verən pis bir razılaşmadır. Heç kim razılaşmadan məmnun deyil. Biz başa düşürük ki, bu, bizə yaraşmır. Narahatedici olan odur ki, İsrail heç bir təsir göstərə bilməz; onun səsi eşidilmir”, - İsrail mənbəsi portala bildirib.
Başqa bir mənbə bildirib ki, ABŞ Prezidenti Donald Tramp İsraili pis vəziyyətdə qoyub:
“Tramp bizi pis vəziyyətdə qoyub və biz bunun bədəlini ödədik. Artıq nə baş verdiyinin fərqində deyilik və heç nəyi dəyişə bilmərik. Biz şoka düşdük. Tramp digər ölkələrlə dialoq aparır, amma İsraillə yox”.
Portal qeyd edir ki, uzun illər Tramp əsasən İsrailin İran təhlükəsi ilə bağlı qiymətləndirməsini bölüşən və Tehrana maksimum təzyiqi müdafiə edən kimi qəbul edilib. Lakin, İsrailin qiymətləndirmələrinə görə, bu mərhələdə Vaşinqtonun prioritetləri fərqlidir və Tramp İranla nəyin bahasına olursa olsun razılığa gəlmək istəyir. İsrail rəsmiləri Trampın böhranı tez bir zamanda bitirmək və tammiqyaslı müharibənin qarşısını almaq istədiyinə inanırlar. Portal iddia edir ki, nəticədə ABŞ İsrailin milli təhlükəsizliyi üçün vacib hesab etdiyi məsələlərdə güzəştə getməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:Ynet : İsrail minlərlə ehtiyat əsgəri səfərbər edir
13 İyun 2025 07:54
Ynet: İsrail Qəzzaya yardım keçidlərini açacaq
07 Aprel 2025 10:40
Ynet: İsrail Livanda atəşkəs razılaşmasını təsdiqləyib
25 Noyabr 2024 10:24
“Tramp nazirlərini niyə “yəhidi ayaqqabısı“ geyinməyə məcbur edir?“ “Ynet“ (İsrail)
10 Mart 2026 21:24
Ynet: HƏMAS və İsrail ilk növbədə azad ediləcək girovların sayını müzakirə edir
17 Dekabr 2024 08:53
Baxış sayı:150
Bu xəbər 14 İyun 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















