Icma.az
close
up
RU
İsrail ABŞ yə tam güvənərək Suriyaya hücum edir Siyasi şərhçi

İsrail ABŞ yə tam güvənərək Suriyaya hücum edir Siyasi şərhçi

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər İsrail Suriyaya qarşı hərbi əməliyyatlar həyata keçirir və bu iki ölkə arasında iğtişaşlar baş verir.

Bunun fonunda müvəqqəti hökumətin prezidenti Əhməd Əl-Şəra paytaxt Dəməşqi tərk etmək məcburiyyətində qalıb.

Bəs, İsrail niyə bu dəfə Suriyanı hədəf seçib? Həmin regionda proseslər necə davam edə bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən AĞ Partiya sözçüsü, siyasi ekspert Cavanşir Abbaslı deyib ki, İsrail bu cür addımları ABŞ-yə güvənərək atır:

"İsrailin Amerikanın arxa baxçası olduğu bütün dünyaya məlumdur. Son 12 günlük İsrail-İran savaşı bu dediyimizi növbəti dəfə təsdiqlədi. Bu dəfə İsrail Amerikaya tam şəkildə arxalanıb bu addımı atdı. Açığı bunu İsrail-Suriya savaşı adlandırmaq sadəlövhlük olardı. Bu birbaşa Amerika+İsrail-Türkiyə müharibəsidir. Proseslərin sonunda Türkiyə savaşa qoşulsa, bu heç kəsə təəccüblü gəlməməlidir. Amma hesab edirəm ki, bu qarşıdurma o həddə çatmayacaq. Sadəcə Türkiyənin Suriyadakı son qalibiyyətini və Əl-Şarani iqtidara gətirməsini Qərb müttəfiqləri qəbul edə bilmir. Onun üçün də bu yola əl atıblar. Colaninin son davranışları da onu göstərir ki, tam olaraq kürəyini Türkiyəyə söykənib. Zatən bu da məlum idi. Proseslər istənilən halda qardaş ölkənin xeyrinə gedir. Onun üçün də narahat olmağa dəyməz. Suriyada yeni qurulan hökumətin ömrü çox uzun çəkəcək. Çünki, burada Türkiyə faktoru var, eyni zamanda, Ankaranın Moskva ilə yaxın əlaqələri mövcuddur. Türkiyə Müdafiə Nazirliyinin son proseslərdən sonrakı açıqlaması onu göstərir ki, ehtiyac yaransa, Suriyada qurulan son hakimiyyəti qorumaq üçün Ankara ordusu ilə müdaxilə də edə bilər".

Politoloq hesab edir ki, Yaxın gələcəkdə də Suriyada sabitliyi tam bərqərar etmək mümkün olmayacaq:

"Bir sözlə, Suriyada vəziyyətin heç də ürəkaçan olmadığı açıq görünür. Bu da gözlənilən idi. Çünki, kök salmış bir Əsəd rejimi tarix olub, yerinə Türkiyənin dəstək verdiyi bir şəxs iqtidara gətirilib. Yaxın gələcəkdə də Suriyada sabitliyi tam bərqərar etmək mümkün olmayacaq. Amma Türkiyə sona qədər dirəşəcək və uzun zaman alsa da, sonunda istəyinə nail olacaq. İsrail sadəcə əvvəldə dediyim kimi də, Amerikanın Türkiyənin qazandığı bu uğurla barışa bilmədiyinin mesajını verir. Lakin hesab edirəm ki, İran qarşısında aldığı zərbələri bu dəfə də alacaq. Sadəcə bu bölgədə hər bir iddiası olan güc mövqe savaşına girib və digər güclər üzərində üstünlük qazanmağa çalışır. Suriya üzərində tək hakimiyyətli Türkiyəni heç bir güc qəbul etmək istəmir. Onun üçün də Colani iqtidarı tez-tez bu cür hallarla üzləşəcək, amma hər dəfəsində də Ankaranı yanında görəcək. Necə ki, görməkdədir".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 İyul 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri