İsrail Almaniyaya istənilən yardımı göstərməyə hazırdır
İsrail hakimiyyəti Maqdeburqda baş verən terror aktından sonra Almaniya xalqını dəstəkləyir və onlara lazım olan hər cür yardımı göstərməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.
“Dünən gecə Maqdeburqdan dəhşətli görüntülər gördük. Mən bu dəhşətli cinayəti qınayıram. Mən həmkarım, Almaniyanın xarici işlər naziri Annalen Berboka başsağlığı verdim bir daha həlak olanların ailələrinə və bütün alman xalqına başsağlığı verirəm və yaralıların tezliklə sağalmasını arzulayıram. İsrail bu dəhşətli hadisədə və kədərli gündə alman xalqının yanındadır, həmçinin lazım olan hər cür yardımı təklif edir”, - deyə Saar “X” sosial platformasıbda yazıb.
Qadir, Bizimyol.info
Baxış sayı:42