İsrail “Azadlıq” Donanmasının Qəzzaya gedən 13 gəmisini saxlayıb
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Saxlanılan sərnişinlər arasında isveçli fəal Qreta Tunberq də var: daha 30 gəmi zolağa doğru gedir
İsrail ordusu Qəzzaya gedən fəalları və humanitar yardımları daşıyan “Azadlıq” Donanmasının 13 gəmisini saxlayıb. AYNA.AZ xəbər verir ki, saxlanılan sərnişinlər arasında isveçli fəal Qreta Tunberq də var.
“Reuters” məlumat yayıb ki, daha 30 gəmi Qəzzaya doğru üzməkdə davam edir.
İsrail Xarici İşlər Nazirliyinin “Reuters”ə təsdiqlədiyi videoda Qreta Tunberqin əsgərlərin əhatəsində göyərtədə oturduğu görünür.
"Sumud flotiliyasının bir neçə gəmisi dayandırılıb, onların sərnişinləri İsrail limanına aparılıb. Qreta və onun dostları təhlükəsiz və yaxşı vəziyyətdədirlər", - İsrail Xarici İşlər Nazirliyindən qeyd edilib.
Bundan əvvəl Qreta Tunberq İsrailin “Azadlıq” Donanmasının qarşısını almaq planlarını əks etdirən bəyanat yayıb. O bunu "humanitar və dəniz qanunvericiliyinin kobud şəkildə pozulması" adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















