Icma.az
close
up
RU
İsrail Azərbaycan ABŞ üçbucağı yeni dünya nizamında mühüm rol oynaya bilər AÇIQLAMA

İsrail Azərbaycan ABŞ üçbucağı yeni dünya nizamında mühüm rol oynaya bilər AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır. Bu barədə İsrail parlamentində (Knesset) Baş nazir Benyamin Netanyahunun kabinet üzvü və milli missiyalar naziri Orit Ştrak məlumat verib.

Üç ölkə arasında strateji müttəfiqlik mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Hikmət Babaoğlu bildirdi ki, hazırkı yeni dünya nizamının formalaşması konteksində bir çox ölkələr öz strateji gələcəyini və təhlükəsizlik arxitekturasını yenidən inşa etməkdədirlər.

"Xüsusilə iki mühüm coğrafiyada - Yaxın Şərq və Qafqazda təhlükəsizlik əməkdaşlıq strategiyasını yenidən inşa etməyin zəruri amilləri mövcuddur. Buna görə də Azərbaycan və İsrailin öz strateji təhlükəsizliklərini eyni mövqeydən qiymətləndirməsi təkcə strateji amil deyil, həm də Azərbaycan və İsrail xalqlarının ümumi maraqlar kontekstində qiymətləndirilməlidir.
Azərbaycanda yəhudi icması yaşayır. Əsrlər boyu bu icma Azərbaycan demoqrafik reallığının bir parçasıdır. Eyni zamanda, İsraildə Azərbaycandan köçən və öz sosial kimlik baxımından azərbaycanlı kimi hiss edən böyük bir diaspor nümayəndəsi var. Bütün bunlar qarşılıqlı əlaqələrin dərinləşməsini zəruri edir. Bir qədər tarixin daha dərinliklərinə nəzər salsaq, iki mühüm etnogenez hadisəsi ilə rastlaşırıq. Bunlardan biri Azərbaycan xalqının etnogenezisində iştirak edən ortaq türk tayfalarının, yəhudi xalqının etnogenezisində iştirak etməsidir. Bunlar Xəzər xaqanlığının əksəriyyətini təşkil edən və yəhudi inancını qəbul etmiş Xəzər türkləridir.
Digəri isə bunların törəmələri olan aşkenazi yəhudiləridir. Yəni, Xəzər xaqanlığının əhalisini təşkil edən türklərin həm yəhudi inancı etibarilə sonrakı tarixi mərhələdə yəhudi xalqının etnogenezisinin formalaşmasında iştirak etməsidir. Sonradan İslamı qəbul edən Xəzər xaqanlığının, Xəzər türklərinin həm də Azərbaycan xalqının etnogenezisində iştirak etməsidir. Bu təsir o qədər güclü olub ki, hazırkı mərhələdə milli psixologiya olaraq yəhudi və Azərbaycan xalqları arasında ortaq deyiləcək qədər milli xarakter bənzərliyi yaradıb".

Deputat qeyd etdi ki, Azərbaycan və yəhudi xalqının bir-birinə qarşılıqlı simpatiyasını təyin edən də şüuraltı yaddaşda olan ortaq elementdir.

"Şübhəsiz ki, bu gün hər hansısa bir ölkə ABŞ-nin dünya siyasətində oynadığı rolu dərindən dərk edir və başa düşür. Belə olan halda, mütləq ABŞ-İsrail-Azərbaycan arasında yeni təhlükəsizlik arxitekturasının yaradılması şərtləri formalaşmış olur. Düşünürəm ki, çox gecikmədən belə bir addımın atılması üçün müvafiq qərarlar qəbul edilməlidir. Çünki bu gün çox sürətlə radikal dəyişikliklər baş verməkdədir. Nə qədər daha tez qərar qəbul edib, daha tez addım atarıqsa, İsrail-Azərbaycan-ABŞ üçbucağı yeni dünya nizamında daha mühüm rol oynaya bilər", -  deyə H.Babaoğlu bildirdi.

Politoloq Sədrəddin Soltan isə bildirdi ki, strateji ortaqlıq inkişafa təkan verəcək.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İsrail ilə Azərbaycan Respublikası arasında əlaqələr inkişaf edən xətt üzrə davam edir. Son zamanlar İsrailin Azərbaycana Tamar qaz yatağında pay verməsi əlaqələrin inkişaf etməsinin göstəricilərindəndir. Bundan əlavə, bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri və orada keçirdiyi görüşlər, eləcə də İsrailin müxtəlif səviyyəli rəsmi dövlət nümayəndələrinin Bakıya səfəri ölkələrarası münasibətlərin göstəricisidir. Odur ki, müharibə dövründə də İsrail dövlətinin Azərbaycanın haqlı mübarizəsini müdafiə etməsi, yəhudi dövlətinin müsəlman dövlətinə münasibətinin göstəricisidir. İsrailin Ermənistanla hərbi sahədə əməkdaşlıq etməməsi də yəhudi dövlətinin Azərbaycanla dostluğunun möhkəmliyini sübut edən faktorlardandır. Azərbaycan və yəhudi dövləti arasında Azərbaycan diasporu var, eləcə də Azərbaycanda yəhudi diasporu mövcuddur. Hər iki diaspor öz ölkələrində münasibətlərin yaxşılaşmasına xidmət edir. Bu baxımdan İsrail ilə Azərbaycan tərəfdaşdır. Oktyabr ayında İsrailə hücum zamanı Azərbaycanın tutduğu barışdırıcı mövqe də bu məsələdə vurğulanmalıdır. Azərbaycan Fələstin dövlətini də tanıyır".

Politoloq qeyd etdi ki, Azərbaycan Fələstin ilə İsrail arasında münaqişəli vəziyyətin danışıqlarla, dinc yolla həlli tərəfdarıdır.

"Azərbaycan bu məsələdə də İsrail və Fələstinlə münasibətləri normal formada saxlamaqda davam edir. Bakıda həm İsrailin, həm də Fələstinin diplomatik nümayəndələri fəaliyyət göstərir. Azərbaycanın neft və qazını ixrac etdiyi ölkələrdən biri də İsraildir. Azərbaycan İsraillə hərbi və digər sahələrdə əməkdaşlıq edir. İsrailin ən böyük və ən güclü strateji müttəfiqi Amerikadır. Tel-Əviv İsrail-ABŞ-Azərbaycan strateji tərəfdaşlığının yaradılması ideyası ilə çıxış edir. Bu, həm də Azərbaycanla ABŞ arasındakı müəyyən anlaşılmazlığın aradan qalxmasına yardım edə bilər. Çünki ABŞ 1992-ci ildə Azadlığı Mdüafiə Aktında 907 saylı düzəlişlə Azərbaycana sanksiya tətbiq edib. Düzdür, bu sanksiya Donald Trampın prezidentliyi dövründə donduruldu. Sonra Bayden hakimiyyətə gəldikdən sonra yenidən o sanksiya bərpa olundu. Münasibətlərin normallaşması, İsrailin bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi, perspektivdə ABŞ-nin həmin sanksiyanı Azərbaycan üzərindən götürməsinə yardım edə bilər. Bu isə Azərbaycan-ABŞ-İsrail strateji müttəfiqliyinin yaranması üçün böyük fürsət yaradır. Strateji ortaqlıq həm Cənubi Qafqazın inkişafına, həm Türk Dövlətləri Təşkilatının inkişafına, həm də Türk Dövlətləri Təşkilatı ilə Yaxın Şərq ölkələri arasında münasibətlərin inkişafına yardım etmiş olar", - deyə S.Soltan bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Mart 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri