Icma.az
close
up
RU
İsrail bacarmadı, Azərbaycan təkbaşına həll etdi 35 il sonra...

İsrail bacarmadı, Azərbaycan təkbaşına həll etdi 35 il sonra...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Oktyabrın 7-si HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümü tamamlanır. Maraqlıdır ki, 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və Cənubi Qafqaza sülh gətirməsindən az sonra HƏMAS-İsrail müharibəsi başladı.

Beləliklə, Yaxın Şərqdə son illərin ən qəddar və dağıdıcı müharibəsi alovlandı. Bu, eyni zamanda o dövrə təsadüf edirdi ki, Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanları erməni separatçılarını bir-bir saxlayıb Bakıya gətirirdi.

Parale olaraq dünyanın ən güclü dövlətlərindən biri hesab edilən İsrail müharibədən çıxa bilmədiyi halda, Azərbaycanın 35 illik münaqişəni öz gücünə və siyasi iradəsinə əsaslanaraq başa çatdırması diqqət çəkir.

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev bildirib ki, İsrail–Fələstin və Azərbaycan–Ermənistan münasibətləri xarakter baxımından bir çox cəhətdən fərqlənir:

“Burada paralellər aparmaq mümkün olan müəyyən nüanslar var. Əsas fərq münaqişənin sona qədər həllində iradə və imkan məsələsidir. Azərbaycan–Ermənistan münasibətlərində müharibəni yekunlaşdırmaq şansı daha çox idi. Amma İsrail–Fələstin müharibəsinin bitməsi ehtimalı çox zəifdir. Azərbaycan bu məsələdə tam iradə ortaya qoydu, amma İsrail tərəfdən eyni iradəni müşahidə etmirik. Rəsmi Bakı münaqişəni beynəlxalq hüquq normaları əsasında həll etməyə çalışdı və prinsipial mövqe nümayiş etdirdi. Halbuki İsrail beynəlxalq hüquqa zidd siyasət yürüdür.

Azərbaycan bütün cəmiyyət olaraq vahid mövqe ortaya qoydu. Müharibə zamanı nəinki fərarilik olmadı, hətta ən radikal müxalif qüvvələr belə tərəddüdsüz şəkildə dövlətin yanında dayandılar. İsraildə isə tam əks mənzərə müşahidə olunur. Cəmiyyətin bir hissəsi müharibəyə qarşıdır, hakimiyyətin siyasətini dəstəkləməyən qüvvələr aktiv şəkildə öz mövqelərini bildirir. Bu da İsrailin müharibəni yekunlaşdırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.


Aydın Quliyev

Azərbaycan bu münaqişəni beynəlxalq səviyyədə bir neçə real müttəfiq istisna olmaqla, əsasən təkbaşına həll etdi. İsrail isə ABŞ-a arxayındır, amma beynəlxalq hüquqa zidd mövqeyinə görə dünyada ciddi təcrid olunub. Üstəlik, İsrail Fələstin xalqının dövlət qurmaq hüququnu tanımır və “terrorla mübarizə” adı altında mövcud imkanları tamamilə bağlamağa çalışır. Bu da münaqişənin dərinləşməsinə səbəb olur”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri