Icma.az
close
up
RU
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir

İsrail Baş naziri ifadələrinə diqqət etməlidir

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gündür dünya mediası İsrail Baş naziri Benyamin Netanyahunun "erməni soyqırımı”nı tanıdığı haqqında xəbəri tirajlayır. Bildirilir ki, İsrail dövlət olaraq rəsmən hər hansı qərar qəbul etməsə də Benyamin Netanyahu mediaya verdiyi açıqlamada bu "soyqırım”ı tanıdığını deyib. Bununla da o, İsrailin belə bir fikirdə olan ilk dövlət hökumət rəhbəri kimi tarixə düşüb.

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycanın ikitərəfli münasibətlərinə böyük diqqət yetirdiyi İsrailin Baş naziri bu səhvə yol verməməli idi: "İsrail Azərbaycan üçün yaxın ölkədir. Biz bu yaxınlığı dəyərləndiririk, gərək olanda İsraillə birgə addımlar atır, qarşılıqlı maraqlara xidmət edən ortaq işlər görürük. Təbii ki, eyni zamanda hər iki dövlət öz hərəkətlərində sərbəstdir. Amma bu o demək deyil ki, İsrail dövlətinə/hökumətinə başçılıq edən şəxslər, ayrı-ayrı rəsmilər bizim maraqlarımıza zidd açıqlamalar verə bilərlər. O cümlədən də saxta erməni soyqırımı iddiası ilə bağlı belə məsuliyyətsiz yanaşma Azərbaycan üçün məqbul sayıla bilməz”.

Azər Həsrət daha sonra qeyd edib ki, "İsrail Baş naziri bu mövqeyini qardaş Türkiyə ilə olan gərginliklə əlaqələndirə bilər. Amma Azərbaycanla yaxın münasibətləri olan İsrail dövlətinin ali rəsmisi unutmamalıdır ki, Türkiyəyə qarşı atılan istənilən addım, deyilən istənilən söz həm də Azərbaycana qarşıdır. O baxımdan bizimlə dostluğu dəyərləndirən dövlətlər, həmçinin İsrail belə məsələlərdə diqqətli olmalıdır. Biz İsraillə münasibətlərə yüksək dəyər veririk, bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. Lakin İsrail rəsmiləri qardaş Türkiyəyə münasibətdə belə səhvlərə yol versə, təbii ki, Azərbaycanda bu, yaxşı qarşılanmayacaq. Belə bir durum isə İsrail-Azərbaycan münasibətlərini ciddi şəkildə zədələyə bilər”.

Siyasi şərhçi əlavə edib ki, İsrail Baş naziri mümkün qədər tez səhvini düzəltməli, o cümlədən də Azərbaycanı üzən bu yanlışı aradan qaldırmalıdır. Səhv düzəldilməzsə, əlbəttə ki, Azərbaycan ictimai rəyi İsrailə münasibətə yenidən baxmaqla bağlı çağırışlar etmək məcburiyyətində qala bilər.

"Türkiyəyə atılan daş bizə atılmışdır. Türkiyənin əleyhinə deyilən hər bir söz bizə – Azərbaycana qarşı deyilmiş sayılır. Ona görə də Benyamin Netanyahu səhvini mümkün qədər tez düzəltməklə münasibətlərimizi qorumaqda maraqlı olduğunu göstərməlidir”, – deyə Azər Həsrət vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri