İsrail Beyruta hava hücumu təşkil etdi: ölənlər və yaralananlar var
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İsrail ordusu mümkün atəşkəs öncəsi Livanın paytaxtı Beyruta genişmiqyaslı hava hücumları həyata keçirib.
Redaktor.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində ilkin məlumata əsasən 3 nəfər həyatını itirib, 26 nəfər isə yaralanıb.
İsrail ordusunun hədəfində Beyrutun cənubunda yerləşən Dahiye bölgəsi və şəhərin mərkəzi olub. El-Basta bölgəsində Hatemül-Ənbiya məscidinin yaxınlığındakı 4 mərtəbəli bina xəbərdarlıq edilmədən vurulub. Hücum zamanı əhali sıxlığı yüksək olan ərazidə bina tamamilə dağılıb.
Livanın rəsmi xəbər agentliyi (NNA) bildirib ki, hücum nəticəsində binanın yerləşdiyi Nuveyr küçəsində ciddi dağıntılar baş verib.
Seymur BƏNNAYEV
Baxış sayı:106
Bu xəbər 26 Noyabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















