İsrail Beyrutda “Hizbullah”ın yüksəkvəzifəli üzvlərinə zərbələr endirib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 2 mart, AZƏRTAC
İsrail ordusu ölkənin şimalında “Hizbullah”ın raket atəşinə cavab olaraq Beyrutdakı hədəflərə bir sıra zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) “Telegram” kanalında məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Beyrut ərazisində yüksəkvəzifəli “Hizbullah” üzvlərinə qarşı dəqiq zərbə endirib. Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” liderinə zərbə endirib”, – deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, Livana endirilən zərbələr “Hizbullah”ın İsrailin şimalına raket atəşinə cavab olaraq həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib
27 Aprel 2025 19:52
İsrail ordusu Beyrutda Hizbullah ın qərargahını vurub
24 Noyabr 2025 09:20
İsrail ordusu Beyrutda Hizbullah ın qərargah rəisini hədəf alıb
23 Noyabr 2025 18:26
İsrail Beyrutda Hizbullah hədəflərinə zərbə endirdi
14 Noyabr 2024 21:19
Baxış sayı:109
Bu xəbər 02 Mart 2026 06:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















