Icma.az
close
up
RU
İsrail bu ölkələrə zərbələr endirəcək Yəhudilərin ən güclü “xətti” çökür

İsrail bu ölkələrə zərbələr endirəcək Yəhudilərin ən güclü “xətti” çökür

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İsrailin Dohaya hücumu beynəlxalq siyasi arenada rezonans doğurub. İddialara görə, Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın da razılığını alaraq HƏMAS-ın Dohadakı qərargahına hücum edib. Lakin Ağ Ev rəhbəri hadisədən sonra Qətər əmirinə zəng edərək hücumu qınayıb.

Hələ may ayında ABŞ Prezidenti bu şəhərə və ümumilikdə bölgəyə səfər edib, iqtisadi əlaqələr qurub. Lakin sözügedən hadisədən sonra bütün Körfəz ölkələrinin Vaşinqtonla razılaşmalara yenidən baxacağı bildirilir.

ABŞ ərəb ölkələrini yenidən itirirmi? Bu, “İbrahim sazişləri” prosesinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, İsrail hökuməti hazırda çətin durumdadır və bunun köklü səbəbləri var:

“Qəzzada həyata keçirilən uğursuz hərbi əməliyyatlar, HƏMAS-ın məğlub edilməməsi və digər amillər İsraildə hökumətə olan etimadı sarsıdır. Digər tərəfdən, Baş nazir Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarının verilməsi onun ən yaxın müttəfiq ölkələrə belə səfər edə bilməməsinə gətirib çıxarır. Bu da İsrailin diplomatik fəaliyyət imkanlarını məhdudlaşdırır. Britaniya başda olmaqla, İsrailə ən yaxın olan və hər zaman limitsiz dəstək verən ölkələr artıq İsrailə təzyiq göstərirlər. Xalq da bunun günahını Netanyahu hökumətində görür.

Əli Zülfüqaroğlu

Netanyahunun siyasi ömrünü uzatmağa yönəlik addımları İsrail dövləti üçün ciddi problemlər yaratdı. Nəticədə son 100 ildə mərhələli şəkildə effektiv şəkildə yürüdülən sionizm ideologiyasına əsaslanan siyasi xətt iflasa uğradı. Bununla da sionizm ifşa olundu. Əgər əvvəllər dünya ölkələrinin siyasi hakimiyyətləri belə İsrailin sionizmə əsaslanan və fanatizmi özündə əks etdirən xarici siyasət yürütdüyünə inanmırdılarsa, hazırda dünya ictimaiyyəti artıq hər şeyi bilir. Bununla da ölkələrin daxili ictimai rəyləri hökumətlərin İsraillə münasibətləri ilə bağlı ciddi təzyiq faktoruna çevrilir. Bu isə tarixdə ilk dəfə sionizmin çöküş prosesinin başlanması və suveren Fələstin dövlətinin yaranma perspektivini yaradır. Dünya Sionist Təşkilatı rəhbərliyinin İsrail hökumətini sərt tənqid etməsi və cinayətkar qrup adlandırması real mənzərəni özündə ehtiva edir”.

Ə.Zülfüqaroğlu hesab edir ki, Qəzzadakı uğursuzluğu arxa plana keçirmək üçün İsrail müxtəlif dövlətlərdə HƏMAS-ın siyasi rəhbərliyinə qarşı sui-qəsd taktikasını uğur formulu kimi təqdim etməyə çalışır:

“Dohada həyata keçirilən hücum da bundan qaynaqlanır. Artıq çıxış yolu qalmayan İsrail hökumət üzvləri ağlasığmaz addımlar atmaqla savaş coğrafiyasını genişləndirmək və ABŞ-ı prosesə cəlb etmək istəyir. Düşünürəm ki, Dohaya hücumla İsrail həm də atəşkəs danışıqlarına artıq yer qalmadığının mesajını verir. Bu isə, əlbəttə, Vaşinqtonun maraqlarına cavab vermir.

İsrail bütün mümkün vasitələrdən istifadə edərək bölgəni xaosa sürükləməkdə maraqlıdır. Bununla Tramp üzərində ciddi təzyiq yaratmağa, onun Yaxın Şərqlə bağlı mövqeyinin dəyişməsinə və suveren Fələstin dövlətinin yaranma perspektivini əngəlləməyə çalışır. Ona görə də hesab edirəm ki, bu hücumlar davamlı olacaq. Yəni Suriya, Livan, Yəmən və İranla yanaşı digər bölgə ölkələri də hədəfdə ola bilər. Amma bütün bunlar İsrail hökumətinin planlarının reallaşmasına səbəb olmayacaq. İsrail hökuməti artıq geridönüşü mümkün olmayan bir mərhələyə qədəm qoyub. Dohaya hücum da Təl-Əvivin əleyhinə işləyəcək və İsrail hökumətini daha da çətin vəziyyətə salacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri