Icma.az
close
up
RU
İsrail bu qədər hədəfi necə vura bildi: İranın cavabı nə olacaq? Hərbi ekspert olanları danışdı

İsrail bu qədər hədəfi necə vura bildi: İranın cavabı nə olacaq? Hərbi ekspert olanları danışdı

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İsrailin İrana zərbələr endirəcəyi gözlənilən idi. Hətta ABŞ ilə danışıqlar getdiyi bir zamanda belə yazılarımda qeyd edirdim ki, İsrail İranı vurmaq fikrindən daşınmayıb, sadəcə olaraq hazırlıq prosesi gedir və hazırlıq prosesi bitən kimi zərbələr endiriləcək. ABŞ prezidenti Donald Tramp da bir neçə gündür ki, sərsəm bəyanatlar verməkdə idi. Tramp gah deyirdi ki, məsələni danışıqlar yolu ilə həll etmək lazımdır, gah da deyirdi, İranın nüvə silahı əldə etməsinə nəyin bahasına olursa olsun, icazə verməyəcək".

Ölkə.Az xəbər verir ki, bu sözləri hərbi ekspert Səxavət Məmməd İsrailin İrana hücumları ilə bağlı fikirlərini açıqlayarkən bildirib.

"Bakı vaxtı ilə gecə saatlarından başlayaraq İsrail İrana raket zərbələri endirməyə başladı. Dağıntılar, dəyən ziyan böyükdür. Ancaq ilk ağla gələn niyə bu qədər dağıntının olması, yaxud İranın hava hücumundan müdafiə sistemlərinin niyə işləməməsi olur.
Düzdür, ilkin olaraq dəqiq rəy vermək çətin olsa da, qeyd etmək lazımdır ki, İsrail bu əməliyyata çox ciddi şəkildə hazırlaşıb. İsrail ordusu öncə İranın radarlarını sıradan çıxarıb, ardınca hava hücumundan müdafiə sistemlərini. Bundan sonra isə dəqiq hədəflərə zərbələr endiriblər. İsrail ilk dəfə İrana zərbələr endirərkən İran İsrailə sürpriz etmişdi. Belə ki, İsrail İranın bilinən hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb, ikinci dalğa hücum təşkil edərkən, İran gizli olan hava hücumundan müdafiə sistemlərini işə salmışdı.
Ona görə də İsrailin İrana bundan öncə iki hücumu o qədər də effektiv olmamışdı. Görünür, İsrail tərəfi bu hücumda o sürprizi də göz önünə alıb və İranın hava hücumundan müdafiə sistemlərinin ikinci layını da sıradan çıxarıb. İsrail nəinki İranın nüvə obyektlərinə, hətta Baş Qərargah rəisinin, ordu komandanlarının, nüvə alimlərinin evinə zərbələr endirib. Bunu İsrail kəşfiyyatının güclü işləməsi kimi qeyd etməliyik. Eyni zamanda İran xüsusi xidmət orqanlarının zəifliyini gözardı edə bilmərik", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, İrana hücumdan bir gün əvvəl İsrail mediasında diqqətçəkən bir məqalə yayıldı: məqalədə deyilirdi ki, İsrailin Baş Qərargah rəisi “hökumət qarşısında İrana hücumu ABŞ ilə koordinasiya edilmək lazımdır” tələbi qoyub: "İsrail mətbuatı bildirirdi ki, İsrail müdafiə naziri Benyamin Netanyahuya açıq şəkildə İranla təkbaşına hərbi münaqişəyə girə bilməyəcəklərini, Vaşinqtona koordinasiya edilmədən əməliyyata başlamağın doğru olmayacağını deyib.

Maraqlıdır ki, İsrailin hücumu başlayar-başlamaz ABŞ tərəfi bir neçə dəfə müxtəlif rəsmilərin dili ilə “İsrailin hücumunda əllərinin olmadığını” bəyan etdi. Hətta xahiş edərcəsinə, İranın ABŞ maraqlarına və ordusunun şəxsi heyətinə zərər verməməyə çağırdı.

İran İsrailin hücumlarında ABŞ-nin əlinin olmadığına inanmır və günahkar kimi Vaşinqtonu görür. Maraqlı bir məqam isə hava döyüşləri bitməmiş ABŞ tərəfi bazar günü nəzərdə tutulan ABŞ İran nümayəndlərinin görüşünə hazır olduqlarını bəyan etməsidir".

İran İsrailə həm raketlərlə, həm də ən müxtəlif üsullarla cavab verəcək

S.Məmməd vurğulayıb ki, İsrailin İrana endirdiyi bu zərbələr İrana ağır zərər verdi, ancaq İranın cavabının da ağır olacağı gözləniləndir: "Düzdür, Azərbaycanda bəzilərinə bunu inandırmaq çətindir, ancaq İsrail Baş naziri Netanyahunun əməliyyat uğurlu keçdi deməsindən sonra israilliləri evdən bir müddət çölə çıxmamağa çağırması onu deməyə əsas verir ki, İrandan ağır cavab gözləyirlər.

İranın İsrailə ağır cavab zərbəsi endirmək imkanı var? Bəli, çünki bir hücumla İranın hücum potensialını sıfıra endirmək mümkün deyil. Düşünürəm ki, İran İsrailə həm raketlərlə, həm də ən müxtəlif üsullarla cavab verəcək. Düzdür, bu müharibənin uzunmüddətli müharibəyə çevrilmə şansı yoxdur. Çünki quru əməliyyatlarının keçirilməsi üçün tərəflər bir-birindən çox uzaqdır. Ancaq havadan və raket zərbələri ilə tərəflər bir-birinə ağır zərər verə bilər".

İran ABŞ-nin hərbi bazalarına zərbələr endirməyə qərar versə, dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq

Onun fikrincə, prosesləri izləyən hər kəs bilir ki, Yaxın Şərqdə baş verən proseslərin hamısı İsrailin təkidi ilə ABŞ-ni prosesə qoşmaqla baş verir: "Tramp İranla toqquşmadan qaçsa da, Netanyahu istəyinə nail oldu. İsrail İranın nüvə silahı əldə etməsindən çox narahatdır. Əslində, təkcə İsrail yox, elə Avropa ölkələri, ABŞ də…

Şimali Koreyada nüvə silahı təhlükəli sayılmır, İsraildə, Rusiyada, Fransada və digərlərində təhlükəli sayılmır, ancaq İranda təhlükəli olur? Bu təhlükədən daha çox maraqlarla bağlıdır. Onlar İranın əlində çəkindirici gücün olmasını istəmirlər. Haqlıdırlar, haqsızdırlar – bunu demək çətindir. Ancaq reallıq odur ki, hələ ki nüvə silahına sahib olan ən təhlükəli ölkə dünyaya ədalət gətirmək istəyini daim dilə gətirən ABŞ-dir. Çünki digər nüvə silahı olan ölkələrdən fərqli olaraq ABŞ-nin istifadə təcrübəsi var.

İran əgər təkcə İsrailə yox, ABŞ-nin hərbi bazalarına zərbələr endirməyə qərar versə, dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq".
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 İyun 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri